ELM VƏ TƏHSİL
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi II Şəhidlər xiyabanını ziyarət edib








Bakı, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr - Anım Günü münasibətilə Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi II Şəhidlər xiyabanını ziyarət edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şəhidlərin və aparılan antiterror tədbirləri zamanı canlarından keçmiş Vətən övladlarının əziz xatirəsini ehtiramla yad olunub. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların ruhuna dualar oxunub və məzarlarının üzərinə tər çiçəklər düzülüb.
İnstitutun baş direktoru akademik İradə Hüseynova və əməkdaşlar şəhidlərin yaxınlarına başsağlığı verərək onlara Allahdan səbir diləyiblər.