Azərbaycan Dövlət İnformasiya Agentliyi

Molla Nəsrəddin: tarixi şəxsiyyət, yoxsa mifik obraz? - məqalə

Molla Nəsrəddin: tarixi şəxsiyyət, yoxsa mifik obraz? - məqalə

Bakı, 7 aprel, AZƏRTAC

Aprelin 7-si Azərbaycan satirik ədəbiyyatının inkişafında mühüm rol oynayan, cəmiyyətin eybəcərliklərini kəskin tənqid edən “Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin çap olunduğu gündür.

AZƏRTAC bununla bağlı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru, dosent Gülbəniz Babayevanın “Molla Nəsrəddin: tarixi şəxsiyyət, yoxsa mifik obraz? sərlövhəli məqaləsini ixtisarla təqdim edir.

Səkkiz əsrə yaxındır ki, Molla Nəsrəddin Anadoluda, Orta Asiyada - Türküstanda, Azərbaycanda, Tatarıstanda, Başqırdıstanda, Xakasiyada, Krımda, Kabarda- Balkarda, Qaraçay-Çərkəsdə, Balkan ölkələrində, bir sözlə, hər yerdə öz lətifələri ilə məşhurlaşıb və böyük şöhrət qazanıb. Kimdən bir lətifə soruşsan, həmin şəxsin söylədiyi ilk lətifə Molla Nəsrəddinlə bağlı olacaq. Azərbaycanda onu Molla Nəsrəddin, Türkiyədə Nesreddin Hoca, Orta Asiyada – Türküstanda Xoca Nəsrəddin adlandırırlar. O, elə əfsanələşib ki, hər bir xalq onu özününkü hesab edir. Əslində isə elə harada türk yaşayırsa o da oralıdır. Nə qədər adı mifik bir obraz kimi çəkilsə də, o, güldürərkən düşündürən və türk mədəniyyətinin tarixinə adını əbədi həkk etdirən bir şəxsiyyətdir. Dünyada Molla Nəsrəddin kimi hər sözündə ən məşhur elm adamını belə heyrətə salan elmi, fəlsəfi məntiqi olan ikinci bir şəxs tapmaq çətindir. Onun lətifələrində ən çətin bir vəziyyətdən çıxış yolu var. Molla Nəsrəddinin böyüklüyü də məhz bundadır.

Molla Nəsrəddinin lətifələrinə ilk dəfə yazılı şəkildə Sarı Saltukun həyatından bəhs edən “Saltuknamə” əsərində rast gəlinir. Fateh Sultan Mehmetin oğlu Cemin şahzadəliyi dövründə tanınmış alimlərdən olan Əbülxeyir Rumi yeddi il xalq arasında gəzərək onun lətifələrini toplayıb və 1480-ci ildə kitab halında çap etdirib. Molla Nəsrəddinin lətifələri Anadolunun sərhədlərini aşaraq Avropaya qədər gedib çıxıb.

Molla Nəsrəddinin şəxsiyyəti və onun adı ilə bağlı qiymətli folklor nümunələrinin dünya xalqları arasında, xüsusilə Qərbi Avropada geniş yayılaraq böyük şöhrət qazanmasında tanınmış ədəbi simalar Fuad Köprülüzadə, Firidun bəy Köçərli, Yusif Vəzir Çəmənzəminli və başqalarının böyük xidmətləri olub.

Molla Nəsrəddin lətifələri fransız, serb, rumın, bolqar və başqa xalqların dilinə tərcümə olunub və maraqla qarşılanıb.

Təsadüfi deyil ki, böyük realist ədibimiz Cəlil Məmmədquluzadə 1906-cı il aprelin 7-də (yeni təqvimlə 20 apreldə) Tiflisdə nəşr etdirdiyi jurnala da məhz “Molla Nəsrəddin” adını verib. Yazıçı özü də jurnalda əsasən bu imza ilə çıxış etmişdi. Müəyyən fasilələrlə 25 il fəaliyyət göstərən “Molla Nəsrəddin” jurnalı Şərqin Molla Nəsrəddini kimi həmişə həqiqəti söyləyib, xalq mənafeyini hər şeydən uca tutub, cəmiyyətdə mövcud olan problemləri, çatışmazlıqları, eyib və qüsurları obyektiv işıqlandırıb, sadə, zəhmətkeş insanların hüquqlarını müdafiə edib, mövhumata və cəhalətə qarşı barışmaz mövqedə dayanıb, həmvətənlərinə üzləşdiyi problemlərdən qurtulmağın yollarını göstərib.

Molla Nəsrəddin kimi, “Molla Nəsrəddin” jurnalı da Azərbaycanda və Türk dünyasında geniş yayılıb, xüsusilə sosial və siyasi satira ilə məşhur olub. Cəlil Məmmədquluzadə hələ 1889-cu ildə yazdığı “Çay dəsgahı” əsərində Xacə Nəsir adını xatırlatmış, sonralar isə Molla Nəsrəddindən bir fon kimi yararlanaraq Azərbaycanda satirik mətbuatın əsasını qoymuşdur.

Molla Nəsrəddin Türk dünyasında ən məşhur və sevilən folklor obrazlarından biridir. Onun adı ilə bağlı hekayələr və lətifələr sadəcə folklor deyil, həm də cəmiyyətin sosial və siyasi həyatının, hətta mədəniyyətinin bir əksidir. Molla Nəsrəddinin adı lakonik, dərin mənalı lətifələri ilə geniş yayılmış və insanlar tərəfindən qəbul edilmiş bir simvoldur. Bununla yanaşı, Molla Nəsrəddinin həyatına dair çoxsaylı mübahisələr mövcuddur. Tarixi şəxsiyyət olub-olmaması, hansı dövrdə yaşadığı və bu obrazın necə formalaşdığına dair suallar folklorşünaslar, tarixçilər və ədəbiyyatşünasların müzakirə etdiyi mövzulardandır.

Çoxsaylı araşdırmalar göstərir ki, Molla Nəsrəddini əfsanəvi, mifik obraz kimi qəbul edənlər tarixi şəxsiyyət hesab edənlərdən çoxdur. Bunun başlıca səbəbi onun bir çox lətifələrinin monqol-tatarlarla, Hülakilər dövrü (XIII əsr) və Əmir Teymurla (XIII-XV əsrlər) bağlı olmasındadır. Buna görə də Molla Nəsrəddin xalq arasında mifik obraz olaraq xarakterizə edilir. Əslində isə ona olan xalq sevgisi, məhəbbəti Molla Nəsrəddin adının gah Əmir Teymurla, gah monqol hökmdarları ilə, gah da bir çox tarixi şəxsiyyətlərlə əlaqələndirilməsinə gətirib çıxarmışdır. Molla Nəsrəddin lətifələrinin hamısında onun dərin ağlı, güclü məntiqi ilə hökmdarlardan, tanınmış elm adamlarından yüksəkdə dayanmasının şahidi oluruq. Bu baxımdan yanaşdıqda Molla Nəsrəddin xalq üçün ideal bir şəxsiyyət, onların təmənnasız hamisidir.

Molla Nəsrəddinin real şəxsiyyət olub-olmaması məsələsi tədqiqatçılar arasında ən çox müzakirə edilən mövzulardan biridir. Onu tarixi şəxsiyyət kimi araşdıranlar Molla Nəsrəddinin həyatı ilə bağlı iki ehtimal irəli sürürlər. Birincidə tarixi mənbələrə əsasən, Molla Nəsrəddinin 1208-ci ildə Anadolunun Sivrihisar bölgəsində, Hortu (Xorto) kəndində doğulması və 1284-cü ildə Ağşəhərdə vəfat etməsi, ikincidə isə onun Ağşəhərin Orta kəndində dünyaya gəlməsi göstərilir. Birinci qənaətlə hesablaşanlar daha çoxluq təşkil edir. Hətta tarixi mənbələrə istinad edən bir çox türk tədqiqatçıları onun atası Abdullah əfəndinin Hortu kəndinin imamı olduğunu, anası Siddiqə xatunun isə əslən həmin kənddən olması faktını qeyd edirlər.

Molla Nəsrəddini tarixi şəxsiyyət hesab edən tədqiqatçılar onun bir müddət Konyada mədrəsə təhsili aldığını, həmin dövrdə atası vəfat etdiyi üçün doğma kəndinə qayıtdığını və onun Hortu kəndinin imamı vəzifəsində atasının işini davam etdirdiyini söyləyirlər. Ancaq o, uzun müddət burada yaşaya bilmir, 1237-ci ildə Ağşəhərə köçür, Seyid Mahmud Heyrani və Hacı İbrahimdən dərs alır. Eyni zamanda, Ağşəhərdə bölgə qazisi vəzifəsində çalışır. Bu zaman ona “Nesreddin Hoca” deyə müraciət edirlər ki, sonradan da tarixdə bu adla məşhurlaşıb.

Ağşəhərdə dəfn edilən Molla Nəsrəddinin qəbri üzərində altı sütunlu qübbəsi olan türbə inşa etmişlər. Qübbənin alt hissəsində Molla Nəsrəddinə aid mərmər sənduqə var. Sənduqənin üzərində onun ölüm tarixi tərsinə yazılıb. Molla Nəsrəddin Ağşəhərdə ailə qurub. Qızları Fatma xatun ilə Dürri Mələyin məzar daşları son dövrlərdə aşkar edilərək Ağşəhər muzeyinə gətirilib.

Molla Nəsrəddin lətifələrinin əsas tənqid hədəfləri ədalətsiz hökmdarlar, xaqanlar, sultanlar, məmurlar, rüşvətxorlar, əliəyrilər, xalqın malını talayanlar, sadə insanların haqqını tapdayanlar, gününü boş və mənasız əyləncələrə sərf edənlər və başqalarıdır. O, bütün lətifələrində müsbət qəhrəman kimi çıxış edir, haqqın, ədalətin, doğruluğun tərəfində dayanır. Bu baxımdan “ Molla Nəsrəddin” jurnalı adını daşıdığı obrazın ideoloji xəttini davam və inkişaf etdirən möhtəşəm bir abidədir.

Azərbaycanda Molla Nəsrəddin lətifələrini böyük folklorşünas-alim Məmmədhüseyn Təhmasib toplayıb və 1956-cı, 1958-ci, 1959-cu, 1962-ci illərdə çap etdirib.

Tədqiqatların çoxunda Molla Nəsrəddin XIII əsrdə, yaşadığı dövrdə mövcud olan ənənəvi İslam aləmi içində tanınmış bir şəxsiyyət kimi təqdim edilir. Onun Anadolu və Orta Asiyada təhsil alması, həmçinin Konya şəhərində Mövlanə Cəlaləddin Rumiylə eyni dövrdə yaşaması fikri səsləndirilir.

Osmanlı və Səfəvi dövründə Molla Nəsrəddinin adı bir neçə dəfə qeyd olunub. Lakin bu qeydlərin böyük hissəsi ikinci mənbədən alınıb və əksər hallarda onun haqqında söylənənlər daha çox mifik və əfsanəvi xarakter daşıyıb. Tədqiqatçılar qeyd edirlər ki, onun haqqında tarixi məlumatlar azdır və yalnız sonralar, xüsusilə XIX-XX əsrlərdə ədəbiyyatşünas və folklorşünasların bu simvolu əfsanəvi bir obraz olaraq təqdim etmələri ilə genişləndi.

Molla Nəsrəddin obrazının yaranışı və inkişafı, xüsusən onun təmsil etdiyi hikmət və satira ilə bağlı bir çox fərqli nəzəriyyələr mövcuddur. Ən ümumi qəbul edilən fikir budur ki, Molla Nəsrəddin ilkin olaraq bir xalq qəhrəmanı kimi formalaşıb, daha sonra isə müxtəlif coğrafiyalarda yayılan əfsanələrə əsaslanaraq mifik bir obraz halına gəlib.

Yüzilliklər boyunca cəmiyyətdə baş verən ictimai-siyasi proseslər nəticəsində Molla Nəsrəddin obrazı ya real şəxsiyyət olub zamanla əfsanələşib, ya da tamamilə xalqın sosial təfəkkürünün məhsulu kimi formalaşıb. Onun xalq arasında qəbul edilmə prosesi, folklorun və mədəniyyətin necə inkişaf etdiyini göstərən əhəmiyyətli bir nümunədir. Molla Nəsrəddin təkcə tarixi şəxsiyyət olmayıb, həm də Türk dünyasında və digər bölgələrdə mədəniyyətin və təfəkkürün güclü bir simvoluna çevrilib.

Görkəmli mollanəsrəddinşünas alim Əziz Mirəhmədovun Molla Nəsrəddinə yanaşmasında daha obyektiv və inandırıcı fikir ortaya çıxır. O yazıb: “Bu gün bizim təsəvvürümüzdə olan Molla Nəsrəddini şəxssizləndirmək, yəni, onu heç bir zaman, heç bir xalqın içərisində yaşamamış tam əfsanəvi surət, büsbütün bəşər xəyalının məhsulu hesab etmək nə qədər mənasız olarsa, hər hansı bir əsrin oğlu ilə eyniləşdirmək də o qədər yersiz olar”.

Zaman-zaman Molla Nəsrəddini hər bir xalq özününkü hesab edib, əsrlərcə bu fikir türk xalqının yaddaşının alt qatında yaşayaraq gələcək nəsillərə ötürülüb. Beləliklə, bu şəxs müdrik, hazırcavab, dərin ağıla və təfəkkürə malik bir obraz kimi qəlblərdə əbədiyaşarlıq qazanıb. Dövr, zaman dəyişdikcə böyük inkişaf yolu, təkamül prosesi keçən Molla Nəsrəddin ictimailəşərək elə bir zirvəyə yüksəlib ki, əsl tarixi şəxsiyyət hesab edilən Molla Nəsrəddin onun nüvəsində, batinində gizlənib. Əsrlər keçdikcə onun əzəməti, yenilməzliyi, ağlı, idrakı, müdrikliyi, bütün Türk dünyasını birləşdirmək amalı daha böyük əhəmiyyət kəsb edəcək və insanları ayıq-sayıq olmağa, mənəvi birliyə səsləyəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb