Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Molla Pənah Vaqifin şeirləri” iki dildə

“Molla Pənah Vaqifin şeirləri” iki dildə

Tbilisi, 25 oktyabr, AZƏRTAC

Bu günlər Tbilisidə gürcü və Azərbaycan dillərində “Molla Pənah Vaqifin şeirləri” adlı kitab işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, kitab Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə çap olunub. Bu ideya-layihə kitabın tərcüməçisi və tərtibçisi Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Mirzə Məmmədoğluna məxsusdur.

M.Məmmədoğlu AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbət zamanı deyib: Bu kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinin keçirilməsi haqqında" 12 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən çap olunub. Kitabda Vaqifin gürcü dilində nəşr olunan kitablarında, eləcə də jurnal və qəzetlərdə dərc olunan şeirlərinə paralel olaraq onların orijinalı da yer alıb. Həmçinin gürcü dilində bu böyük şair barədə çap olunmuş məqalələr gürcü və Azərbaycan dillərində təqdim olunub. Bu kitabın M.P.Vaqifin 300 illik yubileyinə qiymətli töhfə olacağı qənaətindəyik. Ümidvaram ki, kitab gürcü və azərbaycanlı oxucuları bir-birilərinə daha da yaxınlaşdıracaq. Bu kitab Azərbaycan dilini öyrənmək istəyən gürcülər, gürcü dilini öyrənmək istəyən azərbaycanlılar üçün, ümumiyyətlə, poeziyasevərlər üçün bir ərməğan olacaq. Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinə də töhfələrini verəcək. Kitabın tezliklə, Tbilisidə, eləcə də Bakıda təqdimatlarının keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqif Gürcüstanda da çox sevilir. O, vaxtilə bir diplomat kimi İbrahim xan tərəfindən II İraklinin yanına göndərilmiş, burada gürcü çarı ilə dostluq əlaqələri yaratmışdır. Onun oğluna tərifnamə yazması, Tiflisə, onun gözəlliyinə, gürcü qızına şeirlər həsr etməsi hamıya məlumdur. Vaqifin bədahətən söylədiyi şeirlərinin axıcılığını, şirinliyini gürcü şairləri də öz şeirlərində sevə-sevə qeyd ediblər. Baqrationlar sülaləsindən olan Petre Qruzinski şeirlərinin birində belə bir ifadə işlədir: “Mən Vaqifin şirin dilində oxuyuram...”.

Vaqifin gürcü dilində ilk kitabı Konstantine Çiçinadzenin tərcüməsində Tbilisidə “Sovet yazıçısı” nəşriyyatında 1948-ci ildə “Gürcüstan barədə şeirlər” adı ilə nəşr olunub. Qısa “Ön söz”ü olan kiçikhəcmli bu kitabda şairin üç şeiri: Tbilisiyə, gürcü qızına, İraklinin oğlu şahzadə Leona həsr olunmuş şeirləri verilib. Kitabın redaktoru Simon Çikovanidir. 1968-ci ildə Molla Pənah Vaqifin anadan olmasının 250-ci ildönümü ilə əlaqədar “Literaturuli Sakartvelo” (“Ədəbi Gürcüstan”) qəzetində gürcü şairlərindən Karlo Kaladze, Şota Nişnianidze və Zezva Medulaşvilinin tərcüməsində onun şeirləri və məşhur türkoloq, Azərbaycan ədəbiyyatının yaxın dostu Georgi Şağulaşvilinin “Vaqif və Gürcüstan” adlı sanballı yazısı dərc olunub. Elə həmin il tanınmış alim, gənclik çağlarını Tiflisdə keçirən Əziz Şərifin “Ön söz”ü ilə Vaqifin ikinci, bu dəfə sanballı kitabı işıq üzü görmüşdür. Kitabda onun xeyli qoşması, qəzəli, müxəmməsi verilmişdir. Bu şeirləri tanınmış gürcü şairləri Paolo İaşvili, Konstantine Çiçinadze, Karlo Kaladze, Şota Nişnianidze, Vaxtanq Cavaxadze, Moris Potsxişvili, Zezva Medulaşvili, Otar Şalamberidze tərcümə etmişlər.

Qeyd etmək lazımdır ki, “Koroğlu” dastanımızı, min bir bayatımızı, Füzulidən tutmuş müasir dövrə qədər bir çox Azərbaycan şairlərinin şeirlərini gürcü dilinə tərcümə edən, ruhumuzun tərcümanı Zezva Medulaşvilinin tərcümələri orijinala yaxınlığı ilə, dilinin rəvanlığı ilə seçilir. Zezva Medulaşvili bir ildən sonra, yəni 1969-cu ildə “Sisartğela” (“Göy qurşağı”) jurnalında Vaqifin dörd irihəcmli şeirini dərc etdirib.

Bütün bu sadalananlar və yeni çap olunan kitab bir daha göstərir ki, Gürcüstanda Vaqif yaradıcılığına sevgi tükənməzdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib ŞƏRH

® “Unibank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

İlk dəfə keçiriləcək paraüzgüçülük üzrə Azərbaycan çempionatına 30-a yaxın idmançı qatılacaq

SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər

Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır

Məcnun Məmmədov: Azərbaycanın aqrar inkişaf strategiyasının gələcəyi rəqəmsallaşma və şəffaflıq prinsipləri üzərində qurulub

Dövlət Baxçalı: TÜRKPA qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb edir

Ermənistanın məktəb dərsliklərində nifrət nitqi və tarixi saxtalaşdırmalar sistemli xarakter daşıyır

Nazir müavini: Azərbaycan İslam maliyyəsi üzrə regional mərkəzə çevrilmək imkanına malikdir

Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur

Münaqişə başa çatdı, neft ucuzlaşdı

Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq

Nəriman Paşayev: İqlim dəyişmələri dağ yollarında geoloji təhlükələri artırır

Psixoloq: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqları kibertəhdidlərdən qismən qoruya bilər

Nizami rayonunda 12 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir

Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var

Paytaxt məktəbliləri “Şahin” hərbi-idman oyununun final mərhələsinin qalibi olublar

İbrahim Hadejia: Dayanıqlı inkişaf istehsaldan logistikaya qədər bütün mərhələləri əhatə etməlidir

Sosial Xidmət mərkəzlərində “Motivasiya görüşləri”nə start verilib

Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir

Şəhidlərin övladları üçün 5-ci “YAŞAT” düşərgəsi başlayıb

Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub

Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar

Prezident İlham Əliyevlə Niderlandın Baş naziri arasında telefon danışığı olub

Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər

Nazir: Azərbaycan hazırda dünya üzrə fındıq istehsalında 4, xurma istehsalında isə 2-ci yerdə qərarlaşıb

Tunis Respublikasının Prezidenti Kays Sayiddən

Komitə sədri Şuşada vətəndaşların müraciətlərini dinləyib

Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 40-dan çox təşkilat Avropa Parlamentinin qarşısında etiraz aksiyası keçirib

Azərbaycanda mobil internetin sürəti 31 faizədək artıb

Ənənəvi əkindən süni intellektə: Aqrar sektorda yeni Dövlət Proqramı nə vəd edir? – ŞƏRH

“ACWA Power”: Texnologiyaların tətbiqi və insan kapitalının inkişafı enerji keçidində mühüm əhəmiyyət daşıyır

® “Bakcell” “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub

Əjdaha qayıqları yarışı və “Zongzi” əfsanəsi: ADU-da Çin festivalı barədə mühazirə oxunub

Mustafa Eleskandarani: Mərkəzi Asiya və Qafqazın Şərqlə Qərb arasında körpü rolu növbəti 5 ildə daha da güclənəcək

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

AzTU professoru Türkiyədə ustad dərsləri keçib

Türkiyənin Adana şəhərində Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən “Köhnə çamadanlar” filmi nümayiş etdirilib

Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq

“Samur” sərhəd komendantlığı xidməti istifadəyə verilib

KOBİA rəsmisi: KOB-ların yaşıl transformasiyası məsələsinə sistemli yanaşma tətbiq edilməlidir

Cənubi Qafqazın hazırkı geosiyasi mərhələsinin üç əsas strateji xətti RƏY

Elnur Əliyev: KOB-ların ehtiyaclarına cavab verən qlobal yanaşma hələ tam formalaşmayıb

Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib

Elçinin "Cəhənnəm sakinləri" əsəri yeni səhnə yozumunda nümayiş etdirilib

Siyasi şərhçi: Azərbaycanın regional təhlükəsizlik gündəliyində təşəbbüskar rolu bir daha təsdiqlənir

KOBİA: KOB-lar iqlim maliyyələşdirilməsi imkanları haqqında kifayət qədər məlumata malik deyil

Yaponiyada zəlzələ olub

CENL-nin növbəti illik iclası yekunlaşıb

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Tolerantlıq Evi ilə tanış olub

“Reuters”: Amerikalıların 38 faizi ölkənin daha 250 il mövcud olacağına şübhə edirlər

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir

® “Azercell”in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatıb

“Damu” Fondu: Halal məhsullar yalnız sertifikatlaşdırılmış qida istehsalı ilə məhdudlaşmır

“Sabah”ın sabiq futbolçusu: Azərbaycana qayıtmaq üçün qapını heç vaxt bağlamıram

İlham Bayramov: Yeni Dövlət Proqramında aqrar sektorun bütün istiqamətləri üzrə hədəflər müəyyən olunub VİDEO

İlham Bayramov: Yeni Dövlət Proqramında aqrar sektorun bütün istiqamətləri üzrə hədəflər müəyyən olunub VİDEO

Tramp və Zelenski Parisdə görüşüblər

Dünya Gənclər İnkişaf Forumunda Azərbaycandakı gənclər siyasətindən danışılıb

® İRİA-nın dəstəyi ilə “EPAM Azərbaycan” Mərkəzinin açılışı baş tutub

Hakan Fidan rusiyalı həmkarı ilə Cənubi Qafqaz, Ukrayna və Yaxın Şərq məsələlərini müzakirə edəcək

Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub

Mikayıl Cabbarov: Bərpaolunan enerji gələcək investisiyalar üçün ən mühüm istiqamətlərdən birinə çevrilib

“Dəmiryol nəqliyyatında mülki müdafiənin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Nazir: Azərbaycan Orta Dəhliz boyunca Şərq-Qərb əlaqələrinin gücləndirilməsində rolunu daha da möhkəmləndirib

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 avqust tarixli 241 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

“Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın və “Sənaye və texnologiyalar parklarının rezidentləri tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək

“İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən bu sahələrdə istifadəsi nəzərdə tutulmuş laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların siyahısı”nın və “İdxalı əlavə dəyər vergisindən azad edilən kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub

Selim Güven: Azərbaycan bizim yerli bizneslərin inkişafı üçün yeni imkanlar yaratmağımıza yaxşı nümunədir

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq

"Neftçi"nin sabiq baş məşqçisi: Murad Məmmədov gələcəkdə lider futbolçu ola bilər

Özbəkistan və ABŞ arasında investisiyaların cəlbi üzrə yol xəritəsi hazırlanacaq

“ACWA Power”: Uzunmüddətli iqtisadi transformasiya üçün KOB-ların fəal iştirakı vacibdir

Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb

Yaponiya ekstremal istilərə hazırlaşır

KOBİA: “KOB-ların yaşıl keçidi üzrə Bakı Birgə Bəyannaməsi” təşəbbüsü irəli sürülüb

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB VİDEO

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB VİDEO

“Gəncə” üç voleybolçu ilə vidalaşıb

İran parlamentinin spikeri ABŞ ilə memorandumun imzalanması mərasimində iştirak edəcək

İİB-in illik toplantısı çərçivəsində gənclərin inkişafı və regional inteqrasiyanın təşviqi üzrə maliyyələşmə imkanları nəzərdən keçirilib

Gələn il Ağcabədi rayonunda 5 min hektar sahədə yeni müasir suvarma sistemləri quraşdırılacaq

Hüseyn Hüseynov: Dayanıqlı inkişafın maliyyələşdirilməsi üçün innovativ alətlərə ehtiyac artır

Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir

Çində 6,4 bal gücündə zəlzələ olub

Serbiya Gürcüstanda səfirlik açacaq

Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ADSEA: İçməli və suvarma suyuna artan tələbatın ödənilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb

Fransada “Rafale F5” döyüş təyyarələri üçün yeni nəsil hipersəs nüvə raketi hazırlanır

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO