MOSKVADA BEYNƏLXALQ İSLAM KONFRANSI KEÇİRİLƏCƏK
Onlar Rusiyanın xarici siyasət idarəsi ilə Müftilər Şurası arasında gələcək qarşılıqlı fəaliyyətə dair məsələləri nəzərdən keçirmiş, müsəlman ölkələri ilə əməkdaşlığı ətraflı araşdırmış və İslam Konfransı Təşkilatı (İKT) dövlətləri ilə əlaqələrin inkişafına qiymət vermişlər.
RMŞ-nin mətbuat xidməti bildirmişdir ki, “XİN rəhbəri Müftilər Şurasının Rusiya ilə İslam dünyası arasında beynəlxalq əlaqələrin genişlənməsinə, ilk növbədə, sülhün qorunmasına yönəldilmiş səylərini yüksək qiymətləndirmişdir”.
Xatırladaq ki, Rusiya paytaxtında belə mötəbər forum keçirmək təşəbbüsünü İKT-nin baş katibi doktor Əbdülvahid Belqəziz irəli sürmüşdür.
Gözlənildiyinə görə, beynəlxalq konfransın təfərrüatını razılaşdırmaq üçün İKT ölkələri təmsilçilərinin xüsusi nümayəndə heyəti iyunun axırlarında Moskvaya gələcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]