MOSKVADA RUSİYA-GÜRCÜSTAN DÖVLƏTLƏRARASI MÜNASİBƏTLƏR MÜZAKİRƏ OLUNUR
AZƏRTAC-ın xüsusi müxbiri Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinə istinadla xəbər verir ki, Gürcüstan hökumətinin başçısı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşmüşdür. Görüşdə Rusiya ilə Gürcüstanın müxtəlif sahələrdə, ilk növbədə, beynəlxalq terrorizmə qarşı mübarizədə əməkdaşlığı, iki ölkə arasında viza rejiminin sadələşdirilməsinin imkanları, Gürcüstan-Abxaziya və Gürcüstan Cənubi Osetiya münaqişələrinin nizama salınması yolları, hərbi məsələlərə dair ikitərəfli danışıqların təzələnməsi məsələləri müzakirə edilmişdir.
Elə həmin gün Zurab Jvaniya Rusiya Təhlükəsizlik Şurasının katibi İqor İvanovla görüşərək, qarşılıqlı maraq doğuran bir çox məsələlər barədə fikir mübadiləsi aparmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]