Mövlud Çavuşoğlu: Türkiyə ilə Misir arasında diplomatik müzakirələr başlayıb
Ankara, 12 mart, AZƏRTAC
Türkiyə-Misir münasibətlərinin normallaşmasında hər hansı bir şərt irəli sürülməyib. Amma illərdən bəri əlaqələr qırıldığı üçün bir gündə heç bir şey olmamış kimi hərəkət etmək də asan deyil. Görüşərək, yavaş-yavaş münasibətlərə dair bir yol xəritəsi qəbul ediləcək.
AZƏRTAC xəbər verir ki, bu ifadələri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ifadə edib.
Misirli həmkarı ilə beynəlxalq tədbirlər çərçivəsində ara-sıra görüşdüklərini xatırladan nazir bildirib ki, hazırda Misir ilə Türkiyə arasında təhlükəsizlik qurumları və daxili işlər nazirlikləri səviyyəsində müzakirələr aparılır. Artıq diplomatik əlaqələrə də başlanılıb.
Qeyd edək ki, iki ölkə arasındakı əlaqələr qədim tarixi köklərə əsaslanır. Misir-Türkiyə münasibətlərinin normallaşması regionda, xüsusilə də Aralıq dənizində yeni bir əməkdaşlıq platforması vəd edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]