MÜBARƏK ABŞ-I SƏMƏRƏSİZ VƏ LƏNG FƏALİYYƏT GÖSTƏRMƏKDƏ İTTİHAM ETMİŞDİR
H.Mübarək təkcə ABŞ və BMT-ni deyil, Yaxın Şərq “dördlüyü”nün digər iştirakçılarını – Rusiya və Avropa İttifaqı ölkələrini də tənqid etmişdir. O demişdir: “ABŞ və “dördlüyün” digər üzvləri İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həlli prosesinin öhdəsindən gələ bilmədiklərini etiraf etməyənədək, bu, yalnız regionda getdikcə yeni-yeni böhranlar doğuracaqdır”.
Misir Prezidenti bundan əvvəl dəfələrlə bəyan etmişdi ki, ABŞ-ın ünvanına ən kəskin tənqidi fikirlər söyləməkdən çəkinmir. O, cari ilin mayında ABŞ-ı beynəlxalq münasibətlərdə, o cümlədən nüvə texnologiyalarının yayılmaması sahəsində ikili standartlar siyasəti yürütməkdə ittiham etmişdir.
Misir Prezidentinin fikrincə, ABŞ İraqa müdaxilə məsələsində beynəlxalq birliyin mövqeyinə əhəmiyyət vermir, dövlətlərin daxili işlərinə qarışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]