MÜDAFİƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Yanvarın 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Əhəd Qəzaini və İran İslam Respublikası Silahlı Qüvvələrinin hərbi attaşesi general-mayor Musa Şəhabini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamladıqdan sonra səfir Ə.Qəzai qəbul üçün müdafiə nazirinə öz minnətdarlığını bildirmişdir. Səfir Ə.Qəzai Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin İran İslam Respublikasına rəsmi səfərə hazırlıq prosesinin uğurla getdiyi barədə və Azərbaycanda fəaliyyətdə olduğu dövürdə iki ölkə arasında əldə olunmuş nailiyyətlər haqqında ətraflı məlumat vermişdir.
Sonra tərəflər Azərbaycan Respublikasını və İran İslam Respublikasını maraqlandıran bir sıra digər məsələlərə toxunmuş, regiondakı ictimai və hərbi-siyasi vəziyyət barəsində geniş fikir mübadiləsi aparmışlar.
X X X
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 17-18-də Oberomerqau şəhərində (Almaniya Federativ Respublikası) 2002-ci il üçün planlaşdırma simpoziumu keçiriləcəkdir.
Tədbirdə Azərbaycan Rezspublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]