Müdafiə Nazirliyi Qubadlı rayonunun Əfəndilər kəndinin videogörüntülərini yayıb VİDEO




Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad edilmiş Əfəndilər kəndinin videogörüntülərini paylaşıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Əfəndilər kəndi 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 25-də kəndi işğaldan azad edib.