Müdafiə Nazirliyi Zəngilan rayonunun Beşdəli kəndinin videogörüntülərini yayıb VİDEO






Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Zəngilan rayonunun Beşdəli kəndinin videogörüntülərini paylaşıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Dağətəyi ərazidə yerləşən Beşdəli kəndi 1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu noyabrın 7-də kəndi işğaldan azad edib.