Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu “Türk Şəhidliyi” abidəsini ziyarət edib
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Bakı şəhərinin azad edilməsinin 105 illiyi ilə əlaqədar olaraq "Türk Şəhidliyi" abidəsini ziyarət edib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Abidə qarşısına Müdafiə Nazirliyi adından qızılgül çələngi qoyulub, qərənfillər düzülüb və şəhidlərin xatirəsi ehtiramla yad edilib.