Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə ikinci Fəxri xiyabanı ziyarət edib
Bakı, 20 mart, AZƏRTAC
Müdafiə Nazirliyinin rəhbərliyi xalqımızın milli-mənəvi dəyərlərini və qədim ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə ikinci Fəxri xiyabanı ziyarət edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.