Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun nümayəndələri hərbi hissələrdə olublar
Bakı, 19 mart, AZƏRTAC
Cari il üçün birgə fəaliyyət planına əsasən, Novruz bayramı ərəfəsində Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun əməkdaşları işğaldan azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrdə olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi heyətin məişət şəraiti ilə tanışlıqdan sonra hərbi hissələrdə xidmət edən müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla görüşlər keçirilib. Tədbirlərdə hərbi qulluqçuların hüquqlarına dair suallar cavablandırılıb.
Sonda bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə təltif olunub.