MÜƏLLİF HÜQUQLARI QORUNUR
Agentlikdə AZƏRTAC-ın müxbirinə demişlər ki, cari ilin 2 ayında 9 müəllifin 45 musiqi əsərinin arxivləşdirilmişdir. Bununla yanaşı müəllif hüquqlarının tanınması, müəllif-hüquq məkanının yaradılması sahəsində layihə və təkıiflərin, ekspert rəylərinin, analitik arayışların və tövsiyələrin hazırlanması həcmi artırılmışdır. Müəlliflər, digər hüquq sahibləri, onları təmsil edən təşkilatlar, müxtəlif hüquq cəmiyyətləri ilə əlaqələndirmə, maarifləndirmə və məsləhət işlərinin keyfiyyəti yaxşılaşmışdır.
Lisenziya sazişlərinin qanuna uyğunluğunun yoxlanması və icrası üzrə fonoqram buraxılışında keçən il 141 sifarişə baxılmış, razılıq verilmişdir. Bu ilin 2 ayında 32 sifariş alınmışdır. Əsərlərin qeydıyyatı ilə baglı müəlliflərə və digər hüquq sahiblərinə 2002-ci ildə 117, 2003-cü ildə 150, 2004-cü ilin 2 ayında 33 şəhadətnamə verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO
- 29.09.2026 [20:37]