MÜƏSSİSƏNİN XAMMAL PROBLEMİ OLMAYACAQ
“Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, istehsalatda fasiləsiz iş rejimini təmin etmək üçün bu il müəssisədə kifayət qədər xammal ehtiyatı yaradılmışdır. Hazırda cəmiyyətin anbarlarında 60 ton quru barama saxlanılır. Tezliklə Özbəkistandan daha 40 ton barama gətiriləcəkdir. Tədarük edilmiş xammal ehtiyatı səhmdar cəmiyyətin 2006-cı ilin ortalarınadək tam gücü ilə və fasiləsiz işləməsinə imkan verəcəkdir.
Bundan əlavə, pambıqçılıq rayonlarından tədarük edilən məhsul hesabına hazırda müəssisədə pambıq parça istehsalına da başlanmışdır. Bu məqsədlə Mingəçevir toxuculuq kombinatında 100 ton pambıq mahlıcı sap şəklində əyirilərək müəssisəyə gətirilmişdir. Yaxın günlərdə daha 100 ton mahlıcın alınması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]
“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb
- 07.10.2026 [14:53]