Murat Kurum: Bir millət, iki dövlətik, can Azərbaycanın yanındayıq
İstanbul, 27 sentyabr, AZƏRTAC
Bir millət, iki dövlətik, can Azərbaycanın yanındayıq.
AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurumun təcavüzkar Ermənistanın hərbi təxribatları əsasında yaranmış gərgin vəziyyətlə bağlı sosial şəbəkədəki paylaşımında yer alıb.
Nazir paylaşımında :“Ermənistanın Azərbaycan torpaqlarına qarşı hüquq tanımayan hücumlarını şiddətlə qınayıram. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə tez sağalmalarını diləyirəm. Bir millət, iki dövlətik, can Azərbaycanın yanındayıq”, - deyə ifadə edib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul