Murmansk “Məhsul-2012” bayramına dəvət edir
Bakı, 21 iyul (AZƏRTAC). Murmansk şəhər meriyası avqustun 25-26-da şimallıları Leninsk bazarında keçiriləcək ənənəvi “Məhsul-2012” kənd təsərrüfatı yarmarkasında dəvət edir.
Azərbaycan diasporunun nümayəndəsi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, məhsul yarmarkasında Murmansk vilayəti müəssisələrinin ət və süd məhsullarının, maral ətindən məhsulların, təzə və dondurulmuş balıq, bal, meyvə-tərəvəz, şirniyyat və un məmulatları, toxum və çoxillik güllərin satışı nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Azərbaycandan Murmanska neçə illərdir ki, kənd təsərrüfatı məhsulları gətirilir. “Məhsul-2012” bayramında Azərbaycandan gətirilmiş göyərti, meyvə-tərəvəz və quru meyvələr satışa çıxarılacaq, Murmansk şəhər meriyasının rəhbərliyi, vilayət İctimai Palatasının üzvləri, Azərbaycan diasporunun nümayəndələri, xüsusilə Ümumrusiya Azərbaycan Konqresi regional bölməsinin fəalları ilə görüşlər keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]