Murmansk vilayətinin qubernatorunu bıçaqlayan şəxs həbs olunub
Moskva, 6 aprel, AZƏRTAC
Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibisə sui-qəsd etmiş Aleksandr Bıdanov iki ay müddətinə həbs olub.
AZƏRTAC xəbər verir ki, hadisədən sonra saxlanılarkən ayağından yaralanan və xəstəxanada müalicə olunan Bıdanovun məhkəməsi səyyar keçirilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, qubernator Anrey Çibis aprelin 4-də axşam saatlarında Apatit şəhərinin sakinləri ilə görüşdən çıxarkən 42 yaşlı yerli sakin Aleksandr Bıdanov tərəfindən bıçaqlanıb.
Məhkəmədən əvvəl jurnalistlərin suallarına cavab verən Bıdanov qubernatoru görüş zamanı davranışından narazı qaldığı üçün bıçaqladığını və ondan üzr istəməyə hazır olduğunu bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [17:29]