Murmanskda Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbirlər keçiriləcəkdir
Bakı, 17 oktyabr (AZƏRTAC). Oktyabrın 18-də Rusiya Federasiyasının Murmansk vilayətində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 22-ci ildönümünə həsr olunmuş tədbirlər keçiriləcəkdir. Vilayətin kütləvi informasiya vasitələrində, hökumət saytında, internetdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında materiallar dərc ediləcəkdir.
Rusiyanın Murmansk vilayətinin qubernatoru yanında Millətlərə dair işlər üzrə məsləhət şurasının üzvü Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, yerli KİV-lərə Ümumrusiya Azərbaycan Konqresi Murmansk regional şöbəsinin press-relizləri göndərilmiş, tədbirlərə ictimai xadimlər, Murmansk vilayətinin ictimai palatasının üzvləri və milli mədəniyyət cəmiyyətlərinin nümayəndələri dəvət olunmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]