Murmanskda “Birlik” festivalı keçirilmişdir
Bakı, 14 noyabr (AZƏRTAC). Murmanskda həmkarlar ittifaqlarının Mərkəzi stadionunun İdman sarayında Rusiyanın bu şəhərinin 96 illiyinə həsr olunmuş milli-mədəni birliklərin festivalı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində mini-futbol turniri olmuşdur. Festivalın hazırlanmasına və keçirilməsinə ümumi rəhbərliyi Murmansk Administrasiyasının Bədən Tərbiyəsi və İdman Komitəsi, Sosial Yardım, İctimai Təşkilatlarla Birgə Fəaliyyət və Gənclərə dair İşlər üzrə Komitəsi həyata keçirmişlər.
Mərasimdə çıxış etmiş ictimai xadimlər bildirmişlər ki, mini-futbol turnirinin keçirilməsi vətəndaşların bədən tərbiyəsi və idman məşğələlərinə marağını artıracaq, sağlam həyat tərzinin təbliği işinə, bütün millətlərin nümayəndələri arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, qəhrəman şəhərin ərazisində yaşayan çoxmillətli əhalinin şanlı qardaşlıq ənənələrinin qorunub saxlanmasına xidmət edəcəkdir.
Yarışda Murmanskda yaşayan bütün xalqların diasporlarının, icmalarının, assosiasiyalarının yığma komandaları iştirak etmişlər.
Festival çərçivəsində həmçinin milli-mədəni birliklərin rəqs və xor kollektivlərinin çıxışları olmuşdur.
Murmansk şəhəri Administrasiyasının Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri İrina Andreyeva festivalda həmvətənlərimizin fəal iştirak etdiklərini bildirmişdir. Milli mətbəx müsabiqəsində Ümumrusiya Azərbaycan Konqresinin Murmansk şöbəsinin fəalları milli çörək bişirmiş, onun növlərindən danışmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]