MURMANSKDA MƏKTƏB OLİMPİADASI KEÇİRİLMİŞDİR
Murmansk, 10 aprel (AZƏRTAC). Azərbaycanlı jurnalist Əlihüseyn Şükürov xəbər verir ki, Murmansk vilayətində yaşayan azərbaycanlı uşaqların iştirak etdiyi “Böyük vətən müharibəsində gənclərin rəşadəti” adlı məktəb olimpiadası ilk dəfə Polyarnıye Zori şəhərində keçirilmişdir.
Olimpiada iki turdan ibarət idi. Birinci turda vahid dövlət imtahanı üsulu ilə keçirilən testin köməyi ilə ən hazırlıqlı şagirdlər müəyyən edilmişdir. İkinci tur daha dinamik olmuşdur. Ədəbi-bədii gecədə müharibə illərinin şeir və mahnıları səsləndirilmiş, viktorinalar keçirilmişdir.
Təşkilatçılar qeyd edir ki, olimpiada gənclərdə Böyük Vətən müharibəsi dövrünün öyrənilməsinə böyük maraq oyatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]