Murmanskda Müslüm Maqomayevin yubileyi qeyd olunacaqdır
Bakı, 18 avqust (AZƏRTAC). “Komsomolskaya pravda-Murmansk” qəzetinin rəsmi saytında “Murmanskda Müslüm Maqomayevin yubileyi qeyd olunacaqdır” adlı məqalə dərc edilmişdir. Məqalədə yazılır ki, bu günlərdə Azərbaycanın dahi müğənnisi Müslüm Maqomayevın yetmiş yaşı olacaqdı... İstedadlı müğənninin pərəstişkarları Ümumrusiya Azərbaycan Konqresinin Murmansk şöbəsi tərəfindən təşkil edilmiş sərgiyə və konsertə dəvət olunurlar.
Zapolyarye bölgəsinin paytaxtı ilə müğənnini hər şeydən əvvəl onun anası - uzun illər şimalda yaşamış və 2003-cü ilədək teatrlardan birinin aktrisası olmuş Ayşət Maqomayeva birləşdirir. Müğənninin qohumları Rusiyanın bu şəhərində indiyədək yaşayırlar.
Tədbirlərə fəxri qonaq kimi müxtəlif milli diasporların nümayəndələri, müğənninin istedadının pərəstişkarları və jurnalistlər dəvət olunmuşlar. Region hökumətinin rəsmi saytında gözəl bariton, SSRİ Xalq Artisti haqqında məqalə yerləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]