Murmanskda “Urojay-2012” yarmarkası keçirilmişdir
Bakı, 27 avqust (AZƏRTAC). Murmanskın Lenin rayonu bazarının ərazisində sayca üçüncü “Urojay-2012” kənd təsərrüfatı yarmarkası keçirilmişdir. Tədbirin təşkilatçısı qismində Qəhrəman şəhər Murmanskın administrasiyasının iqtisadi inkişaf komitəsi çıxış etmişdir.
Azərbaycan diasporunun nümayəndəsi Əlihüseyn Şükürovun AZƏRTAC-a verdiyi məlumata görə, yarmarkada Murmansk vilayəti müəssisələrinin ət və süd məhsulları, maral ətindən hazırlanmış ət məhsulları, diri və buzlu balıq, bal, meyvə və tərəvəz, qənnadı və çörək-bulka məmulatları, meyvə-giləmeyvə bitkilərinin və çoxillik çiçəklərin əkmə materialı satılmışdır.
Yarmarkada müxtəlif mülkiyyət formalı müəssisə və təşkilatların rəhbərləri, fərdi sahibkarlar, habelə özəl təsərrüfatların və həyətyanı sahələrin sahibləri iştirak etmişlər.
Zapolyarye diyarının paytaxtına Murmansk sakinləri üçün Azərbaycandan hər gün müxtəlif kənd təsərrüfatı məhsulları - təzə göyərti, meyvə-tərəvəz, quru meyvə göndərilir. Həmvətənlərimiz - Anar və Hacı Mirzəyev qardaşları, Mehman və Eldəniz Nəsirovlar, Abdulla Fərəcov, Ataxan Şəmmədov və başqaları “Urojay-2012” yarmarkasında fəal iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]