“Murmanskiy vestnik” qəzetində həmvətənlərimiz haqqında məqalə dərc olunmuşdur
Bakı, 27 oktyabr (AzərtAc). Murmansk vilayəti hökuməti və Duması tərəfindən təsis olunmuş “Murmanskiy vestnik” gündəlik vilayət qəzetinin 18 oktyabr nömrəsində həmvətənlərimiz haqqında məqalə dərc olunmuşdur. “Başlıcası qorxmamaqdır” sərlövhəli məqalədə həmvətənimiz, 7 nömrəli uşaq və gənclər idman məktəbinin yetirməsi, Tayvan boksu yarışlarında mükafata layiq görülmüş Zamiq Ağayevdən söz açılır. Bu barədə AZƏRTAC-a Azərbaycan diasporunun fəal üzvü ƏIihüseyn Şükürov məlumat vermişdir.
Məqalənin müəllifi, tanınmış idman jurnalisti Viktor Şubin yazır: “Tayvan boksu Kola yarımadasında birinci il deyildir ki, təbliğ edilir. Lısenkodan başqa Ramazan Məhəmmədhacıyev, Yan Vikarenko, Dəmir Aylətdinov və Zamiq Ağayev böyük ustalıq nümayiş etdirmişlər. Zamiq üçün dörd yaşlı qardaşı Vüsal çox böyük həyəcan keçirmişdir. Vüsalın sözlərinə görə, o da Tayvan boksu ilə məşğul olmaq niyyətindədir”.
Qeyd edək ki, “Başlıcası qorxmamaqdır” məqaləsində həmvətənimiz Zamiq Ağayevlə kiçik qardaşı Vüsalın şəkli verilmişdir.
Biz həmvətənlərimizlə qürur duyuruq və onlara müvəffəqiyyət arzulayırıq!
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]