Müşfiqabad qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də saat 08:00-dan etibarən Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmir işləri Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəni əhatə edəcək. Qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən yollarda sıxlığın yaranmaması üçün alternativ marşrutlardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [18:31]
Azərbaycanda xalça istehsalı 61 dəfə, ixracı isə 4 dəfə artıb – QRAFİK
- 27.10.2026 [18:29]
® ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verib
- 27.10.2026 [17:49]