Musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqənin qalibləridirlər
Bakı, 29 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli onbirillik musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil alan şagirdlər Xədicə Abdurahmanova və Şəfiqə Muradova Qazaxıstanın Nur-Sultan şəhərində “Z-Group” Beynəlxalq Təşkilat Komitəsi tərəfindən keçirilən “Art Sensation” beynəlxalq çoxjanrlı müsabiqədə iştirak ediblər.
İdarədən AZƏRTAC-a bildirilib ki, gənc pianoçular öz yaş qrupları üzrə münsiflər heyətinin qərarı ilə birinci yerə layiq görülüblər.
Qeyd edək ki, onların müəllimi Elxan Quliyev yüksək pedaqoji ustalığına, milli mədəniyyətin və dünya mədəniyyətinin inkişafına töhfələrinə görə münsiflər heyəti tərəfindən “Təşəkkürnamə” ilə mükafatlandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:14]
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi
- 15.10.2026 [12:41]
QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir
- 15.10.2026 [12:20]
Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO
- 15.10.2026 [12:20]
Milli Kitabxanada “Xalq artisti Ramiz Mustafayev - 100” adlı sərgi açılıb
- 15.10.2026 [12:05]