Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanı keçirilib
İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur
Bakı, 28 iyul, AZƏRTAC
İyunun 28-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə test imtahanı keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunub.
İxtisas imtahanlarında uğur qazanan 1133 abituriyent nəzəriyyə fənləri üzrə test imtahanında iştirak etmək hüququ qazanıb. Harmoniya və solfecio fənni üzrə 110, musiqi nəzəriyyəsi və solfecio fənni üzrə 892, həm harmoniya və solfecio, həm də musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə 131 abituriyentin imtahanda iştirakı nəzərdə tutulurdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:02]
“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb
- 16.06.2026 [11:29]
DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib
- 16.06.2026 [11:25]
“Divlər sarayı”nın izi ilə: Azıx qəbiləsindən alp babalarımıza uzanan yol
- 16.06.2026 [10:48]
Klassik poeziyamızda katiblik sənəti və yazı ləvazimatı - elmi seminar
- 16.06.2026 [10:38]
DİM və IAEA arasında əməkdaşlıq genişlənir
- 16.06.2026 [10:31]
Ulu Öndərin strateji kursu müasir Azərbaycanın uğurlarının təməlidir
- 15.06.2026 [12:28]