Müslüm Maqomayev “Şah İsmayıl”la yad olunub
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Müslüm Maqomayevin “Şah İsmayıl” operası növbəti dəfə nümayiş olunub.
Teatrdan AZƏRTAC-a məlumat verilib ki, baba M.Maqomayevin qələmə aldığı opera bu dəfə nəvə Müslümün xatirəsinə ithaf olunub.
Xalq Artisti, görkəmli müğənni Müslüm Maqomayevin 75 illiyi çərçivəsində təqdim edilən səhnə əsərində rolları Əməkdar artistlər Təyyar Bayramov, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Afaq Ağayeva ifa ediblər.
Opera Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva tərəfindən idarə olunub. Həmişə olduğu kimi, bu dəfə də səhnə əsəri maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:08]
Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub
- 16.06.2026 [15:35]
Elçinin "Cəhənnəm sakinləri" əsəri yeni səhnə yozumunda nümayiş etdirilib
- 16.06.2026 [15:27]
CENL-nin növbəti illik iclası yekunlaşıb
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]