MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN BANİSİ HEYDƏR ƏLİYEVƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 10-da Həzi Aslanov adına Mərkəzi Zabitlər evində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Tədbirdən əvvəl “Heydər Əliyev irsinin təbliği” muzey-lektoriyasının açılışı olmuşdur. Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev muzey-lektoriyanın ekspozisiyaları ilə tanış olmuş, mərasim iştirakçıları qarşısında çıxış etmişdir.
Tədbir “Heydər Əliyev dünənimiz, bugünümüz və sabahımızdır” mövzusunda ədəbi-musiqili kompozisiya ilə başa çatmışdır.