Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muxtar respublikada əldə olunmuş inkişaf göstəriciləri növbəti nailiyyətlər üçün ciddi əsaslar yaradır

Muxtar respublikada əldə olunmuş inkişaf göstəriciləri növbəti nailiyyətlər üçün ciddi əsaslar yaradır

Naxçıvan, 12 avqust, Rauf Əliyev, AZƏRTAC

Uzun illərdir blokada vəziyyətində yaşayan Naxçıvan Muxtar Respublikası bu gün özünün yüksəliş dövrünü yaşayır. Belə bir möhtəşəm uğura şübhəsiz ki, ulu öndər Heydər Əliyevin elmi əsaslara söykənən strateji inkişaf konsepsiyasının reallaşdırılması, onun yolunun uğurla davam etdirilməsi nəticəsində nail olunub. Bəli, məhz bu siyasət bizi uğurlu gələcəyə aparır. Elmi əsasa söykənməyən heç bir işin gələcəyi yoxdur və ya elmi əsası olmayan istənilən yol, nəticə etibarilə, iflasa məhkumdur. Buna görə də dahi şəxsiyyətin yolunu davam etdirən sədaqətli insanlar bütün sahələrlə yanaşı, elmin inkişafına, insan kapitalının, elmi potensialın formalaşmasına da xüsusi diqqət yetirirlər. İyulun 6-da Naxçıvan şəhərində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasının keçirilməsi Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin inkişafına göstərilən qayğının daha bir ifadəsi idi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov elmin inkişafının əhəmiyyətindən danışaraq deyib: “Elmi tədqiqatlar o vaxt ideyadan əməli işə keçir ki, onun reallaşmasına şərait yaradılsın. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında elm infrastrukturu tamamilə yenidən qurulub. Azərbaycan elmi qabaqcıl dünya təcrübəsi əsas götürülərək inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikasında da elmin iqtisadiyyata tətbiqi dayanıqlı inkişafın əsas şərtidir. Artıq muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar ciddi elmi-nəzəri əsaslara söykənir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkil etdiyi “Elmdən təcrübəyə” sərgisində muxtar respublikamızda elmlə təcrübənin vəhdəti bir daha diqqətləri cəlb etdi.

Xatırlayırıq ki, bir vaxtlar iqtisadi baxımdan çətin vəziyyətdə olan ölkəmizdə, o cümlədən muxtar respublikada müşahidə edilən “beyin axını” bir çoxlarını ciddi narahat edirdi. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin ali hakimiyyətə qayıdışı, 1995-ci ildə isə muxtar respublikada elmin himayəçisi olan Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi elmimizi məhvolma təhlükəsindən xilas etdi və elmin inkişafı yeni mərhələyə qalxdı. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin təsis edilməsindən sonra muxtar respublikada elmi-tədqiqat işləri gücləndirildi, Naxçıvanın tarixinin, arxeologiyasının, etnoqrafiyasının və təbii sərvətlərinin öyrənilməsi ilə bağlı tədqiqatlar aparıldı.

Naxçıvanın inkişafı bir tərəfdən alimlərin qarşısında böyük imkanlar açır, digər tərəfdən yeni vəzifələr qoyur. Son illər AMEA Naxçıvan Bölməsinin maddi-texniki bazasının gücləndirilməsi, strukturunun, elmi prioritetlərinin müəyyənləşdirilməsi sahəsində də kompleks tədbirlər görülüb. Artıq bölmənin elmi nəticələrinin məhsulu olan akademik nəşrlər ölkəmizdə rəğbətlə qarşılanan qiymətli elmi əsərlərdir. Burada elmdən təcrübəyə istiqamətində görülən işlər bir nümunə gücündədir.

Muxtar respublikada elmin və təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir nümunəsi Naxçıvan Dövlət Universitetinin elektron təhsil sisteminin və rəqəmsal multimedia infrastrukturunun ən müasir tələblər səviyyəsində qurulmasıdır. Belə ki, ali təhsil ocağında informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq olunub, yüksək tələblərə cavab verən elektron idarəetmə və tədris sistemi yaradılıb.

İyulun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan-10: təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları universitetdə yaradılan şəraitlə tanış oldular və muxtar respublikada kadr potensialının formalaşdığı ali təhsil ocaqlarına göstərilən xüsusi diqqəti bir daha alqışladılar.

Naxçıvan Dövlət Universitetində keçirilən “Elektron Naxçıvan-10” beynəlxalq konfransı Naxçıvan Muxtar Respublikasında, ümumilikdə, ölkəmizdə ali təhsil sisteminin informasiyalaşdırılması sahəsində atılan mühüm addımdır. Bu mənada “Elektron Naxçıvan” konfransları informasiya-kommunikasiya texnologiyalarının inkişafının Naxçıvan modeli kimi qəbul olunur.

Gələcəkdə də bu işlər davam etdiriləcəkdir. Çünki vətənsevər və fədakar insanlar gələcəyimizin birbaşa elmin inkişafı ilə sıx bağlı olduğu həqiqətini xüsusi qeyd edirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri beynəlxalq konfransdakı çıxışında bu barədə danışaraq deyib: “Hər dövrün öz qanunauyğunluqları var. Buna uyğun olaraq ölkələrin inkişaf kriteriyaları müəyyənləşir. Bu gün hələ böyük əhali potensialına və orduya malik olan ölkələri güclü ölkə hesab etmirlər. O ölkə güclüdür ki, elm tutumlu qabaqcıl texnologiya və böyük informasiya çəkisinə malik olsun. İndi dünyanı informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir. İnformasiya-kommunikasiya texnologiyaları insanların gündəlik həyatına nüfuz etmiş, elmin və təhsilin inkişafında, müasir iqtisadi sistemin formalaşdırılmasında mühüm faktora çevrilmişdir”.

Gənclərin peşəkar kadr kimi formalaşması ilə yanaşı, onların sağlamlığının qorunması da mühüm əhəmiyyətə malikdir. Çünki sağlamlıq insanın həyatını, fəaliyyətini istiqamətləndirən əsas amillərdən biridir. Bu gün muxtar respublikada yaradılan şəraitin nəticəsində 38 min 586 nəfər bədən tərbiyəsi və idmanla məşğul olur. Muxtar respublika idmançıları 2015-ci ilin ötən dövrü ərzində Azərbaycan üzrə birinciliklərdə 30, dünya birinciliyində 8, beynəlxalq turnirlərdə 12 medal qazanıblar. İdman sahəsində əldə edilən ən böyük uğur isə 12-28 iyun tarixlərində Bakı şəhərində keçirilmiş birinci Avropa Oyunlarında muxtar respublika boks məktəbinin yetirməsi, Avropa çempionu Tayfur Əliyevin bürünc mükafata layiq görülməsidir.

İyulun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində birinci Avropa Oyunlarının bürünc mükafatçısı ilə görüş keçirilib. Ali Məclisin Sədri birinci Avropa Oyunlarındakı nailiyyətlərinə görə Tayfur Əliyevə “Naxçıvan Muxtar Respublikasının 85 illiyi” yubiley qızıl medalını, onun məşqçisi Məmmədəli Eyvazova qızıl qol saatı və muxtar respublikada boks idmanının inkişafındakı fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədri Məhərrəm Talıbova Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanını təqdim edib.

Bu gün cəmiyyətin və onun aparıcı qüvvəsi olan gənclərin zərərli təsirlərdən qorunması məsələsi də daim diqqətdə saxlanılır. Dünyanın bütün ölkələrində aktual olan narkomaniyaya qarşı sistemli mübarizə muxtar respublikada uğurla aparılır və yüksək nəticələr əldə olunur. İyulun 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının 2015-ci ilin 6 ayında gördüyü işlər barədə müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri müşavirədə çıxış edərək deyib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir edən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amildir. Ona görə də bu məsələ bu gün bütün dünyanı düşündürür, təsirli tədbirlər görülməsini tələb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1996-cı il 30 avqust tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası yaradılıb. Komissiyanın vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən və bu sahədə fəaliyyəti əlaqələndirməkdən ibarətdir. 2006-cı ildə Komissiyanın fəaliyyətinə yenidən baxılıb və Ali Məclis Sədri yanında müşavirə keçirilərək narkotiklərlə mübarizəni daha da gücləndirmək məqsədilə hər bir orqan qarşısında konkret vəzifələr qoyulub. Bu tədbirlər öz nəticəsini verib, muxtar respublikada narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində sistemli iş aparılıb.

Tarixini bilməyən, keçmişinə hörmətlə yanaşmayan xalqlar hansı inkişaf səviyyəsinə çatsa da, onun gələcəyi daim təhlükədədir. Çünki, necə deyərlər, keçmiş gələcəyin müəllimi, zəmanətidir. Bu gün muxtar respublikamızda tarixi keçmişimizin öyrənilməsinə, xalqımızın qədim mədəniyyətinin, qəhrəmanlıq və mübarizə tarixinin izlərini özündə yaşadan qala və istehkamların bərpasına xüsusi diqqət yetirilir. Bu sahədə görülən işlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il fevralın 11-də imzaladığı Sərəncama əsasən, “Əlincəqala” tarixi abidəsində bərpa işləri aparılır. İyulun 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Əlincəqalaya gəlib, burada həyata keçirilən bərpa işləri ilə maraqlanıb. İyulun 27-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Şərur rayonundakı Qız qalası qədim yaşayış yerinə gəlib, Azərbaycan-Amerika Birləşmiş Ştatları arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqat işləri ilə maraqlanıb.

İyulun 21-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilib. Sessiyada çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikamızın sürətli sosial-iqtisadi inkişafından danışaraq deyib: “Azərbaycanın digər iqtisadi rayonları kimi, Naxçıvan Muxtar Respublikası da özünün quruculuq və inkişaf dövrünü yaşayır. Hazırda sosial-iqtisadi həyatın elə bir sahəsi yoxdur ki, orada quruculuq tədbirləri getməsin. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına vaxtında əməl olunması, iqtisadi və sosial sahədə qarşıya qoyulan vəzifə və tapşırıqların yerinə yetirilməsi yeni istehsal sahələrinin və iş yerlərinin açılmasına, əhali məşğulluğunun yüksəldilməsinə, müasir infrastrukturun yaradılmasına səbəb olmuşdur. Cari ilin ilk yarısında sənaye, kənd təsərrüfatı, tikinti kimi maddi istehsal sahələrində, eləcə də xidmət sektorunda qeydə alınan göstəricilər deməyə əsas verir ki, muxtar respublikamız 2015-ci ili də yüksək nəticələrlə başa vuracaqdır”.

Faktlar muxtar respublikanın bütün sahələr üzrə sürətli inkişafını özündə əks etdirir. Belə ki, cari ilin 6 ayı ərzində muxtar respublikada tikinti-quraşdırma işlərinə sərf olunmuş investisiyaların həcmi 2,7 faiz artıb, tikinti sahəsində 11 min nəfərə yaxın işçi çalışıb. Bu dövrdə muxtar respublikada 189 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib.

2015-ci ilin ötən dövründə 439 sənaye müəssisəsi fəaliyyət göstərib. Bunun nəticəsidir ki, 2015-ci ilin birinci yarımilində 491 milyon 381 min manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox sənaye məhsulu istehsal olunub. Cari ilin müvafiq dövründə kənd təsərrüfatı məhsulları istehsalı və emal sənayesini əhatə etməklə, 28 istehsal və xidmət sahəsi istifadəyə verilib, muхtаr respublikada 336 növdə məhsulа оlаn tələbаtın tаmаmilə yеrli istеhsаl hеsаbınа ödənilməsi təmin edilib. 2015-ci ildə sahibkarlığın inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən biri olub, ümumi daxili məhsulda özəl bölmənin payı 87 faizi ötüb.

İyulun 22-də isə Azərbaycan milli mətbuatının 140 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

Naxçıvan Muxtar Respublikasının inkişafının qarantı olan hərbi təhlükəsizlik çox yüksək səviyyədə təmin olunub. Bu gün muxtar respublikada müasir dünya orduları səviyyəsində yaradılan Əlahiddə Ümumqoşun Ordu əməliyyat-taktiki baxımdan yüksək döyüş hazırlığına malikdir və ordumuz hakim yüksəkliklərdə etibarlı müdafiə sistemi qurub. Burada xidmət üçün zəruri olan hər bir şərait yaradılıb. Postlar ərazinin strateji əhəmiyyəti nəzərə alınaraq yerləşdirilib, lazımi yerlərdə müxtəlif mühəndis-istehkam qurğuları və maneələr yaradılıb, ön xəttin müdafiə qüdrəti xeyli gücləndirilib. Dayaq məntəqələri və postlar arasında yol və dayanıqlı rabitə əlaqələri yaradılıb, onların hər biri müasir döyüş texnikaları, artilleriya qurğuları və atıcı silahlarla təmin olunub. Müşahidə zonasının daimi nəzarətdə saxlanması təmin edilib. Müasir müşahidə cihazları vasitəsi ilə qarşı tərəfin mövqeləri istənilən hava şəraitində müşahidə olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri dəfələrlə muxtar respublikanın hakim yüksəkliklərində xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə, buradakı vəziyyətlə maraqlanıb. Ötən ayın 30-da Ali Məclisin Sədri növbəti dəfə Batabat bölgəsindəki hərbi hissələrdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb, döyüş bölgəsində xidmət edən əsgərlərlə görüşüb.

“Vətən o zaman Vətən olur ki, o, həm qorunur, həm də Vətən torpağından səmərəli istifadə olunur”, - deyən Ali Məclisin Sədri bildirib ki, Vətən torpağının qorunması, eyni zamanda torpaqlardan səmərəli istifadə olunması bu gün ölkəmizin vətəndaşlarının və ordunun üzərinə düşən vəzifələrdir. Çünki sərhədlərimiz qorunursa, insanlar da öz vəzifələrini, işlərini rahat yerinə yetirə biləcəklər, öz zəhmətləri ilə ölkəmizin inkişafına töhfə verəcəklər. Əsgərlər xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə bu ərazilərdən səmərəli istifadə olunur. Xidmət olunan ərazilərdə heyvandarlar və arıçılar üçün əlverişli şərait vardır. Onlar burada rahat və təhlükəsiz şəkildə təsərrüfatları ilə məşğul olurlar. Birgə fəaliyyətin nəticəsi olaraq isə ölkəmiz abadlaşır, inkişaf edir.

Sonra Ali Məclisin Sədri əsgərlərlə xatirə şəkli çəkdirib. Gətirilmiş müxtəlif ərzaq məhsulları anbarlara təhvil verilib.

Son illər hədər yerə Naxçıvan Muxtar Respublikasını Cənubi Qafqaz ölkələri üçün inkişaf modeli hesab edilən Azərbaycan Respublikasının parlayan ulduzu adlandırmırlar. Çünki qədim diyarımız, həqiqətən də, tarixinin qızıl dövrünü yaşayır. Naxçıvanda əldə olunan nailiyyətlər, tətbiq edilən yeniliklər, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, elmə, təhsilə, mədəniyyətin inkişafına göstərilən xüsusi diqqət və qayğı, aparılan genişmiqyaslı islahatlar, müasir dövrün tələblərinə həmahəng olan məqsədyönlü işlər uğurların zəmanətinə çevrilib. Ötən ayın nəticələrinə diqqət yetirdikdə bir daha əmin olursan ki, muxtar respublikada əldə olunmuş inkişaf göstəriciləri növbəti nailiyyətlər üçün ciddi əsaslar yaradır.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır