Müxtəlif ölkələrin komandaları Tokio Olimpiadasında iştirak etmək üçün Yaponiyaya gəlməyə başlayıblar
Tokio, 2 iyul, AZƏRTAC
Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək ölkələrin komandaları Yaponiyaya gəlməyə başlayıblar.
AZƏRTAC Yaponiya hökumətinə istinadla xəbər verir ki, iyulun 1-dən 4-dək ölkəyə 18 ölkə və ərazi vahidindən 400-ə qədər idmançının gəlməsi gözlənilir. Xarici idmançıların Tokio yaxınlığında yerləşən “Narita” və paytaxtdakı “Haneda” beynəlxalq hava limanlarına və həmçinin Naqoya şəhəri yaxınlığındakı “Chubu” aeroportuna gələcəkləri bildirilir. Onlar buradan təlim-məşq yerlərinə yola düşəcəklər.
İyulun 1-də boks üzrə ABŞ millisinin üzvləri “Narita” aeroportuna gəliblər. İdmançılar digər sərnişinlərlə qarşılaşmamaq üçün antivirus tədbirləri çərçivəsində xüsusi dəhlizlərdən istifadə edərək, sərhəd və gömrük yoxlamalarından keçiblər.
Həmin gün Böyük Britaniyanın yelkənli idman komandası da “Haneda” aeroportuna gəlib. Bu komandanın Kanaqava prefekturasındakı Hayama şəhərində qalacağı bildirilir.
Ölkəyə çoxsaylı əcnəbi idmançıların gələcəyini nəzərə alan yerli ictimaiyyət hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün ən ciddi tədbirlər görməyə çağırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]