NAMƏLUM ƏSGƏRİN MƏZARINI ZİYARƏT
Parkın qarşısında dövlət başçılarını Ukrayna Ali Radasının sədri Vladimir Litvin və Baş nazir Viktor Yanukoviç qarşıladılar.
Sonra matəm marşının sədaları altında prezidentlər İlham Əliyev, Vladimir Putin, Leonid Kuçma və Aleksandr Lukaşenkonun adından “Əbədi məşəl” abidə kompleksi önünə əklil qoyuldu. İkinci Dünya müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Dövlət başçıları “Əbədi məşəl”in önünə gül dəstələri düzdülər. Fəxri qarovul dəstəsinin əsgərləri silahlardan yaylım atəşi açdılar.