Nani Jgenti: Şəhərsalmada yeni düşüncə formalaşıb
Bakı, 21 may, AZƏRTAC
İnsanlar şəhərləri sadəcə baş planlar və ya mühəndislik sistemləri kimi qəbul etmirlər. Biz şəhərləri emosional şəkildə və təcrübələrimiz vasitəsilə hiss edirik.
AZƏRTAC xəbər verir ki, bunu MT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Neyroşəhərsalma: Şəhərlər beynin formalaşmasına, davranışa və psixi rifaha necə təsir edir?” adlı paneldə çıxışı zamanı memar, şəhər mühiti üzrə tədqiqatçı və planlaşdırıcı, “Cəlbedicilik Memarlığı” metodologiyasının müəllifi Nani Jgenti söyləyib.
Nani Jgenti diqqətə çatdırıb ki, son 20 ildə biz şəhərsalma sahəsində fərqli düşünməyə başlamışıq. “Şəhərsalma və urbanizm haqqında danışarkən, biz binaları, küçələri, yaşıllıqları və digər elementləri ayrı-ayrı obyektlər kimi qəbul etmirik. Biz onları bütöv bir şəhər mənzərəsi, bütöv bir şəhər təcrübəsi kimi qəbul edir və yaşayırıq",- deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [16:12]
Fərid Cəfərov: Mədəni irsin qorunması ümumbəşəri humanitar məsuliyyətdir
- 21.05.2026 [16:08]