NARKOMANİYAYA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ KEÇİRİLİR
əməkdaşlarının və valideynlərin iştirakı ilə orta məktəblərdə “Ağ ölüm” dövrümüzün bəlasıdır”, “Narkomaniyanın törətdiyi bəlalar”, “Narkomaniya və sağlamlıq” və sair mövzularında tədbirlər keçirilmiş, şagirdlərə narkotik vasitələrin istifadəsi və dövriyyəsinin zərərli halları barədə məlumatlar verilmişdir.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan
Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın təsdiq edilməsi barədə” Fərmanından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə təhsil ocaqlarında “Narkomaniya bəladır” mövzusunda inşa müsabiqəsi və rəsm sərgisi keçirilmiş, şagirdlərin boş vaxtlarını səmərəli istifadə etmələri, onların idmanla məşğul olmaları üçün şərait yaradılmışdır.