NARKOMANLIĞA VƏ NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ DAVAM EDİR
Həmin dövrdə ayrı-ayrı şəxslərdən 221 kiloqram 928 qram narkotik vasitələr, psixotrop maddələr və prekursorlar, o cümlədən 1 kiloqram 578 qram heroin, 79 kiloqram 761 qram tiryək, 3 kiloqram 427 qram həşiş, 125 kiloqram 161 qram marixuana, 12 kiloqram xaşxaş, 214025 həb, 3036 ampula güclü təsiredicilər ötürülmüşdür. Qanunsuz əkilmiş və yabanı halda bitən 290 ton 804 kiloqram narkotik xassəli bitkilər məhv edilmişdir.
Hüquq mühafizə orqanları əsas diqqəti yenə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə, daxilolma mənbələrinin aşkar edilməsinə yönəltmişlər ki, bu da öz müsbət nəticəsini verir.
Bu növ cinayətlər törətdiklərinə görə keçən il 1827 nəfər şəxs cinayət məsuliyyətinə cəlb olunmuşdur ki, onların 47 nəfəri xarici vətəndaşdır. Tutulan əcnəbilərdən 21nəfəri İran, 17 nəfəri Rusiya, qalanları İngiltərə, Gürcüstan, Türkiyə və Əfqanıstan vətəndaşlarıdır. Əcnəbilərdən, ümumilikdə, 34 kiloqram 859 qram müxtəlif növ narkotik vasitələr götürülmüşdür.