NARKOTİK MƏHSULLAR İSTEHSAL OLUNAN GİZLİ LABORATORİYANIN FƏALİYYƏTİNƏ SON QOYULMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniya, Belçika və Niderland xüsusi xidmət orqanlarının birgə əməliyyatı nəticəsində Almaniyanın Aaxen şəhəri yaxınlığında narkotik vasitələr istehsalı ilə məşğul olan gizli laboratoriyanın fəaliyyətinə son qoyulmuşdur. Donuz tövləsinin zirzəmisində quraşdırılmış laboratoriya uzun illər fəaliyyət göstərmiş və Almaniya, Belçika və Hollandiya narkobiznesmenlərini və onların qara bazarlarını “əmtəə” ilə təchiz etmişdir. Yüksək istehsal gücünə malik laboratoriyada gündə 20 milyon ekstazi həbləri hazırlanırmış.
Həbs edilən 12 cinayətkar arasında 6 hollandiyalı, 4 belçikalı və 2 alman vardır. Axtarış zamanı laboratoriyadan narkotik istehsalı üçün yararlı mexanizmlər, külli miqdarda hazır ekstazi həbləri 50 min litr kimyəvi maddə tapılmış və müsadirə edilmişdir.
Ekspert hesablamalarına görə, təkcə müsadirə olunmuş 50 min litr kimyəvi maddə 120 milyon avro dəyərindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]