Narkotik vasitə ilə tutulmuş şəxsin qanunsuz silah saxladığı aşkarlanıb
Bakı, 12 sentyabr, AZƏRTAC
Narkotik vasitə ilə tutulmuş şəxsin Lökbatan qəsəbəsində yaşadığı evin həyətindəki qarajda silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə ilə tutulmuş İ.İsmayılovun Lökbatan qəsəbəsində yaşadığı evə baxış keçiriblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində evin həyətindəki qarajdan “Makarov” markalı tapança və beş patron aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam edir.