Natia Turnava: Azərbaycan Gürcüstanın elektrik enerjisi ilə təminatında vacib rol oynayır
Tbilisi, 3 sentyabr, AZƏRTAC
Azərbaycandan elektrik enerjisinin idxalı Gürcüstanın digər ölkələrdən asılılığını azaldıb. Azərbaycan bu gün bizim elektrik enerjisi ilə təminatımızda çox vacib rol oynayır.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında söyləyib.
N.Turnava deyib: “Gürcüstan 2012-ci ildə istehlak etdiyi elektrik enerjisinin 90 faizini Rusiyadan alırdı. Biz bu sahədə şimal qonşumuzdan asılı idik. İndi isə Türkiyədən, lazım olanda Ermənistandan da elektrik enerjisi tədarük edirik. Bu, bizim seçimimizdir və bununla qürur duyuruq. Energetika sahəsində həyata keçirilən islahatların nəticəsində Gürcüstan bütün qonşu ölkələrdən elektrik enerjisi idxal edə bilir və heç bir ölkə dominant deyil”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]