Azərbaycan Dövlət İnformasiya Agentliyi

NATO PARLAMENT ASSAMBLEYASININ PREZİDENTİ RAFAEL ESTRELLANIN AZƏRBAYCANA SƏFƏRİ

NATO Parlament Assambleyasının prezidenti Rafael Estrella və bu təşkilatın baş katibi Saymon Lann yanvarın 17-də Bakıya rəsmi səfərə gəlmişlər. 

Binə hava limanında qonaqları Milli Məclisin sədri Murtuz Ələsgərov, parlament sədrinin müavini Ziyafət Əsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev qarşıladılar.

Rafael Estrella jurnalistlərin suallarına cavab verərək dedi ki, Parlament Assambleyasının rəhbərləri ölkəmizə Milli Məclisin sədri Murtuz Ələsgərovun dəvəti ilə gəlmişlər. Səfərdən əsas məqsəd isə NATO Parlament Assambleyasının işində müşahidəçi qismində iştirak edən Azərbaycanın siyasi həyatı ilə tanış olmaqdır.

X X X

ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT

Elə həmin gün NATO Parlament Assambleyasının prezidenti Rafael Estrella və bu təşkilatın baş katibi Saymon Lann Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman oğul və qızlarımızın xatirəsini ehtiramla yad etdilər.

Parlament Assambleyasının rəbhərləri şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq onların məzarları üzərinə və “Əbədi məşəl” abidəsi önünə gül-çiçək dəstələri qoydular.

Şəhidlər xiyabanını ziyarət zamanı qonaqları Milli Məclis sədrinin müavini, ölkəmizin NATO Parlament Assambleyasındakı parlament nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov müşayiət edirdi.

X X X

MİLLİ MƏCLİSİN NATO PA-DAKI NÜMAYƏNDƏ HEYƏTİNİN RƏHBƏRİ İLƏ GÖRÜŞ

NATO-nun Parlament Assambleyasının prezidenti Rafael Estrella və bu təşkilatın baş katibi Saymon Lann Şəhidlər xiyabanını ziyarət etdikdən sonra Milli Məclis sədrinin müavini, Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əskərov ilə görüşmüşlər.

Ziyafət Əskərov qonaqları səmimiyyətlə salamlayaraq bildirdi ki, Azərbaycan NATO Parlament Assambleyasında müşahidəçi statusu alandan sonra ölkəmizin parlament nümayəndə heyəti bu təşkilatın bütün tədbirlərində fəal iştirak edir. Lakin Azərbaycanın Parlament Assambleyasına cəlb edilmiş üzv seçilməsinin vaxtı artıq çoxdan çatmışdır. Belə ki, ölkəmizin mühüm coğrafi-siyasi mövqeyi baxımından bu məsələ hər iki tərəf üçün böyük maraq kəsb edir.

Sonra Ziyafət Əskərov qonaqlara Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri barədə ətraflı məlumat verdi və ümidvar olduğunu bildirdi ki, münaqişənin dinc yolla həllinə dair danışıqlarda əsas maneəyə çevrilmiş təcavüzkarın pozucu mövqeyi NATO Parlament Assambleyasının sessiyasında müzakirə ediləcəkdir.

NATO Parlament Assambleyasının prezidenti Rafael Estrella bildirdi ki, Şimalı Atlantika İttifaqı Cənubi Qafqazda sabitliyə böyük əhəmiyyət verir. Parlament Assambleyası bu mühüm məsələni müzakirə etmək məqsədi ilə cari ilin ikinci yarısında Tbilisidə regional təhlükəsizlik problemlərinə həsr olunmuş seminar keçirəcəkdir.

X X X

MİLLİ MƏCLİSDƏ TƏMSİL OLUNAN SİYASİ PARTİYALARIN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

NATO Parlament Assambleyasının prezidenti Rafael Estrella və bu təşkilatın baş katibi Saymon Lann yanvarın 17-də Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşmüşlər.

Yeni Azərbaycan Partiyasından Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən demokratik islahatlar, habelə Ermənistanın Azərbaycana təcavüzünün nəticələri barədə qonaqlara geniş məlumat verdi. Milli Məclisin deputatları, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı və başqaları bildirdilər ki, Azərbaycandakı bütün siyasi partiyaları dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasında mühüm rol oynayan Şimali Atlantika İttifaqı ilə ölkəmizin daha sıx inteqrasiyasına tərəfdardır.

NATO Parlament Assambleyasının prezidenti Rafael Estrella vurğuladı ki, alyansın üzvü olan dövlətlərdəki siyasi partiyaların hamısı öz ölkələrinin taleyüklü məsələlərinın həlli zamanı həmrəylik nümayiş etdirirlər. O dedi: “Mənə elə gəlir ki, Azərbaycandakı partiyalar da bütün siyasi qurumların təkmilləşməsi üçün səylərini əsirgəməyəcək və bu, son nəticədə döyüş qabiliyyətli ordu və güclü ölkə yaradılmasına gətirib çıxaracaqdır”.

X X X

MİLLİ MƏCLİSDƏ QƏBUL

Elə həmin gün Milli Məclisin sədri Murtuz Ələsgərov ölkəmizdə rəsmi səfərdə olan NATO Parlament Assambleyasının prezidenti Rafael Estrellanı və bu təşkilatın baş katibi Saymon Lannı qəbul etmişdir.

Murtuz Ələsgərov qonaqları səmimiyyətlə salamlayaraq dedi ki, onların bu səfəri Milli Məclislə NATO-nun Parlament Assambleyası arasında əlaqələrin genişləndirilməsinə xidmət edəcəkdir. NATO-nun keçmiş baş katibi Corc Robertsonun ölkəmizə ötənilki səfəri və onun Prezident Heydər Əliyev ilə görüşü Azərbaycanla NATO arasında əlaqələrin inkişafında mühüm rol oynamışdır. Həmin görüşdə Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələləri müzakirə olunmuşdur. Ölkəmiz Şimali Atlantika İttifaqının tədbirlərində fəal iştirak edir. NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmuş Azərbaycan Şimali Atlantika İttifaqının təlimlərində, o cümlədən “Korporativ Determineyşn” təlimində fəal iştirak etmişdir. Bundan əlavə, Azərbaycan ordusunun bölüyü Kosovadakı sülhməramlı qüvvələrin tərkibinə daxil edilmişdi. Azərbaycan parlamentinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin fəaliyyəti də təqdirə layiqdir. Nümayəndə heyətinin üzvləri bu yaxınlarda Buxarestdə keçirilmiş seminarda Cənubi Qafqazda sabitlik yaradılması və münaqişələrin aradan qaldırılması işində dövlətimizin mövqeyini açıqlamışlar. Regionumuzda təhlükəsizliyin pozulmasının əsas günahkarı Ermənistandır və o, nəinki öz ərazisində başqa dövlətin hərbi bazalarını yerləşdirir, həm də onları daha da gücləndirir.

Sonra Murtuz Ələsgərov Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin fəaliyyətini gücləndirmək üçün ölkəmizin bu təşkilata assosiativ üzvlüyü məsələsinin tezliklə müzakirə edilməsinin zəruriliyini vurğuladı və bildirdi ki, biz bu barədə Parlament Assambleyasının rəhbərliyinə və NATO-nun üzvü olan ölkələrin nümayəndələrinə məktub göndərmişik.

Milli Məclisin sədri ölkədə aparılan siyasi, sosial-iqtisadi islahatlar barədə də məlumat verdi və NATO PA-nın rəhbərliyindən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün səylərini əsirgəməməyi xahiş etdi.

Rafael Estrella səmimi qəbula görə təşəkkür edərək, səfər zamanı keçirdiyi görüşlər barədə məlumat verdi. O, xüsusi vurğuladı ki, siyasi partiyaların nümayəndələri ilə aparılmış faydalı fikir mübadiləsi NATO PA ilə Azərbaycan arasında münasibətlərin dərinləşməsinə kömək edəcəkdir.

Qonaq Cənubi Qafqazda təhlükəsizlik və sabitlik problemlərinə toxunaraq dedi ki, NATO rəhbərliyi Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. “Bu əməkdaşlıq hər hansı bir dövlətə qarşı yönəlməmişdir və biz yaxşı başa düşürük ki, Avropanın təhlükəsizliyi Cənubi Qafqazdakı və Mərkəzi Asiyadakı sabitlikdən çox asılıdır”.

Cənab Estrella bildirdi ki, NATO PA özünün növbəti sessiyasında Azərbaycanın bu təşkilata assosiativ üzvlüyü məsələsini müzakirə etmək niyyətindədir.

Qəbulda sülh və təhlükəsizlik problemlərinə dair bir sıra digər məsələlər də müzakirə olundu.

Milli Məclisin sədri Murtuz Ələsgərov həmin gün axşam NATO Parlament Assambleyasının prezidenti Rafael Estrellanın şərəfinə şam yeməyi verdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO