Azərbaycan Dövlət İnformasiya Agentliyi

NAXÇIVAN MR ALİ MƏCLİSİNİN SƏDRİ VASİF TALIBOVUN ÇIXIŞI

-Hörmətli cənab Prezident!

Əziz qonaqlar!

Əziz mərasim iştirakçıları!

Bu gün Naxçıvan Muxtar Respublikasında, Azərbaycanın ayrılmaz parçası olan bu qədim torpaqda çox mühüm, əlamətdar bir hadisə baş verir. Zirvəsində ümummilli liderimizin dayandığı Azərbaycanın quruculuq salnaməsinə daha bir obyektin adı yazılır. Əsaslı yenidənqurma və tikinti işlərindən sonra Naxçıvan beynəlxalq hava limanı istifadəyə verilir. Müasir memarlığın ən mühüm elementlərini özündə cəmləşdirən bu yaraşıqlı hava limanı bilavasitə möhtərəm Heydər Əliyevin adı ilə bağlıdır, onun xeyir-duası, qayğı və himayəsi ilə tikilib ərsəyə gəlmişdir və ümummilli liderimizin quruculuq işlərinin daha bir nümunəsi və yadigarıdır.

Tikintisi üçün xüsusi müşavirə keçirdiyi, göstərişlər verdiyi, layihəsini dönə-dönə müzakirə etdiyi Naxçıvan beynəlxalq hava limanının istifadəyə verilməsi möhtərəm Heydər Əliyevin ən böyük arzularından biri idi. Bu gün xalqımızın böyük oğlunun bu arzusunun da gerçəkləşdiyi gündür. Müstəqil Azərbaycanın qurucusu və memarı, xalqımızın ümummilli lideri möhtərəm Heydər Əliyevin əziz xatirəsini yad etməyi xahiş edirəm.

(Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu).

Mayın 10-da xalqımız möhtərəm Heydər Əliyevin anadan olmasının 81-ci ildönümünü geniş qeyd etdi. Heydər Əliyev - Azərbaycan mənəvi bağlılığı zaman keçdikcə daha da möhkəmlənir. Xalqımız öz sevimli liderinin adını və əməllərini daim yaşadacaq, onun özü qədər dövlət, xalq işini etibar etdiyi, güvəndiyi ən layiqli davamçısı olan ölkəmizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ümummilli liderimizin yolu ilə gedəcəkdir.

Cənab Prezident!

Möhtərəm Heydər Əliyev dühasının bəhrəsi olan, Sizin qayğınız sayəsində tamamlanan və istifadəyə verilən hava limanı Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinə ən layiqli töhfənizdir. Muxtar Respublikanın 80 illik yubileyinin keçirilməsi barədə verdiyiniz çox mühüm Sərəncama, yubiley münasibətilə istifadəyə verilən yeni obyektlərin açılışında şəxsən iştirakınıza və dövlətimizin başçısı kimi Muxtar Respublikaya ilk səfərinizə görə Sizə Naxçıvan Muxtar Respublikasının əhalisi adından və şəxsən öz adımdan dərin minnətdarlığımızı bildirirəm.

Hörmətli mərasim iştirakçıları!

Azərbaycanın əsas ərazisindən təcrid olunmuş şəraitdə yaşayan Naxçıvanın nəqliyyat problemlərinin həlli möhtərəm Heydər Əliyevi daim düşündürmüşdür. Bu qayğının nəticəsidir ki, 1974-cü ildə Naxçıvanda ilk hava limanı tikilib istifadəyə verildi. 1800 metrlik uçuş-enmə zolağına malik hava limanı o vaxt avtobus marşrutlarının, dəmir yol nəqliyyatının müntəzəm işlədiyi dövrün tələbləri baxımından ehtiyacların ödənilməsinə hesablanmışdı. Lakin Dağlıq Qarabağa əsassız erməni iddiaları nəticəsində başlanan müharibənin zərbə dalğaları Naxçıvana dəyəndən, regionu Azərbaycanın əsas hissəsi ilə bağlayan bütün nəqliyyat-kommunikasiya əlaqələri kəsiləndən, Naxçıvan Muxtar Respublikası Ermənistan tərəfindən blokadaya alınandan sonra sərnişin, yük daşınması kimi vacib məsələlər kiçik tutumlu təyyarələri qəbul etmək imkanı olan bu hava limanı vasitəsilə həyata keçirilirdi.

Təsadüfi deyil ki, Bakı ilə əlaqənin yeganə mümkün forması olan hava yolu yerli əhali tərəfindən “həyat yolu” adlandırılırdı. Hamı gözəl dərk edirdi ki, bu yolu, həyatı onlara möhtərəm Heydər Əliyev bəxş edibdir. Naxçıvan Muxtar Respublikası bugünkü mövcudluğu üçün də həmin dövrlərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərən möhtərəm Heydər Əliyevə daim minnətdar olacaqdır.

Möhtərəm Heydər Əliyev Naxçıvan hava limanının genişləndirilməsi barədə iki dəfə qərar qəbul etmişdir. Limanın genişləndirilməsi məsələsi ilk dəfə 1992-ci ilin fevralında qaldırıldı. Məsələni Ali Məclisin rəyasət heyətinin iclasında xüsusi müzakirəyə çıxaran xalqımızın böyük oğlu Naxçıvan hava limanında uzunluğu 3300 metr olan uçuş-enmə zolağının tikilib istifadəyə verilməsinə nail oldu. Bu, həmin dövr üçün çox mühüm addım idi.

Hava limanının gücü müasir tələblərə cavab vermədiyindən, ölkəmizin rəhbəri 2002-ci il avqustun 11-də onun genişləndirilməsi barədə qərar qəbul edərək, Muxtar Respublikanın Ali Məclisində xüsusi müşavirə keçirdi. Blokada ilə əlaqədar Naxçıvan sakinlərinin ölkəmizin digər yerlərində yaşayanlara nisbətən təyyarələrdən istifadəyə daha kəskin ehtiyac duyduqlarını bildirən möhtərəm Heydər Əliyev həmin müşavirədə demişdir:

“Mən çoxdan bu fikirdə idim ki, Naxçıvan hava limanını yenidən quraq, yəni yeni bir hava limanı tikək. Birincisi, gərək elə edək ki, təyyarələr buradan təkcə Bakıya, Gəncəyə yox, bir çox istiqamətlərə uçsun. İkincisi də, Naxçıvan öz coğrafi vəziyyətinə görə elə yer tutur ki, burada beynəlxalq standartlara uyğun hava limanının olması təkcə Naxçıvan üçün yox, bütün qonşu ölkələr üçün də çox əhəmiyyətli olacaqdır. Bunları nəzərə alaraq, mən belə bir qərara gəldim”.

İnşasına 2002-ci il oktyabrın 1-də başlanan Naxçıvan beynəlxalq hava limanında tikinti və yenidənqurma işləri ümummilli liderimizin tapşırıqlarına uyğun şəkildə, yeni limanı necə görmək istədiyi barədə arzuları nəzərə alınmaqla aparılmışdır. Bölgənin sərt iqlim şəraitini nəzərə alaraq, hava limanının uçuş-enmə zolağı betondan hazırlanmışdır. Bu zolağın uzunluğu, genişliyi və möhkəmliyi müasir təyyarəqayırma sənayesinin ən son nailiyyətləri olan ağır təyyarələri qəbul etməyə imkan yaradır.

Qardaş Türkiyənin “Eren port” şirkəti hava limanında və aerovağzal kompleksində tikinti-quraşdırma işlərini ən müasir tələblər baxımından aparmışdır. Hava limanı saatda 300 sərnişinə xidmət göstərəcəkdir. Burada uçuşları idarəetmə məntəqəsi, VİP salonu, yük terminalı, yanacaq anbarı, yanğınsöndürmə binası, istilik mərkəzi, transformator yarımstansiyaları, su anbarları yaradılmışdır. Ən müasir işıq-siqnal sistemləri, yeni radiotexnika vasitələri quraşdırılmış, mühəndis-kommunikasiya xətləri çəkilmiş, ərazinin və xidmət sahələrinin genişlənməsi hesabına hava limanında əlavə olaraq 200-ə yaxın yeni iş yeri açılmışdır. Hava limanının tikintisini keyfiyyətlə və vaxtında başa çatdırdıqlarına görə “Eren port” şirkətinə və tikintidə çalışanların hamısına təşəkkürümüzü bildiririk.

Cənab Prezident, ötən ilin sentyabrında professor Əziz Əliyev tankerinin istismara verilməsi və Yaxt-klubun açılışı münasibətilə keçirilən mərasimdəki çıxışınızda demişdiniz: “Naxçıvanda yeni aeorvoğzal kompleksi və hava limanı tikilir. Hava limanı ən yüksək standartlara cavab verəcəkdir. Çünki blokada şəraitində yaşayan, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan cənab Prezidentin daim diqqət mərkəzində olmuşdur. Hökumət oraya daim diqqət göstərir, bundan sonra da göstərəcəkdir”. Bu qayğının və diqqətin nəticəsidir ki, tikintisi başa çatdırılan hava limanına ölkəmizin Prezidentinin tapşırığı ilə beynəlxalq hava limanı statusu verilmişdir. Naxçıvanın blokada vəziyyəti ilə bağlı problemlərinə həssas münasibətinizə görə Sizə bir daha minnətdarlığımızı bildiririk. Diqqətinizə görə çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb – QRAFİK

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

Baş Prokurorluq Gəncədə orta məktəbdə baş vermiş zəhərlənmə faktı ilə bağlı məlumat yayıb – YENİLƏNİB 2

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH

Giorgi Tsikolia: Cənubi Qafqaz süni intellektin inkişafının bir neçə əsas istiqaməti üzrə güclü fundamentə malikdir

Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir

İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb

Şuxrat Xalmuxamedov: “Birliyin Gücü – 2026” hərbi qulluqçular arasında döyüş təcrübəsinin mübadiləsinə imkan yaradır

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur

Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada

“Neftçi” yoxlama oyunu keçirəcək

Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək

Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Uşaqların süni intellektlə emosional bağ qurması narahatlıq yaradır - Araşdırma

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycan və Serbiya kombinəedilmiş buxar-qaz elektrik stansiyası inşa edəcək

“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir

Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur

Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb VİDEO

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb VİDEO

Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı