Azərbaycan Dövlət İnformasiya Agentliyi

NAXÇIVAN MR ALİ MƏCLİSİNİN SƏDRİ VASİF TALIBOVUN ÇIXIŞI

-Möhtərəm Prezident!

Sizin Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hər səfəriniz əsl bayrama çevrilir. Ötən 4 il ərzində Naxçıvan Muxtar Respublikasına etdiyiniz səfərlər ümummilli liderimizlə başlanan ənənənin, quruculuq və yeniləşmə xəttinin müasir şəraitdə davamı kimi yadda qalmış, diyarımızın sosial-iqtisadi inkişafına əvəzsiz töhfələr bəxş etmişdir. Naxçıvana yaraşıq verən müasir memarlıq nümunələri, muxtar respublikanın rayonlarında, kənd yerlərində inşa olunan məktəblər, kənd mərkəzləri, səhiyyə, sağlamlıq və elm müəssisələri, əlil və qaçqın-köçkünlər üçün yaşayış evləri, inzibati binalar Sizin yadigarlarınızdır və uğurla davam etdirdiyiniz Heydər Əliyev quruculuq xəttinin bəhrələridir. Bu gün onların sırasına daha bir obyekt - Şərur rayon xəstəxana şəhərciyi daxil olur. Əhalinin sağlamlığına layiqli töhfə olan xəstəxana şəhərciyinin istifadəyə verilməsinə görə hörmətli Prezidentimizə dərin minnətdarlığımızı bildiririk.

Şərur rayon xəstəxana şəhərciyinin tikilib tamamlanması, müasir avadanlıqla təmin olunması ölkə rəhbərinin əhalinin sağlamlığına, insanların ömrünün uzadılmasına, sosial problemlərin həllinə həssaslıqla yanaşmasının daha bir ifadəsidir. Milli səhiyyəmizin bugünkü inkişafı ötən əsrin 70-ci illərindən yaradılmış möhkəm bazaya istinad edir. Ümummilli liderimizin apardığı məqsədyönlü siyasət nəticəsində həyatın bir çox sahələri kimi, tibb elmi və səhiyyə də sürətlə inkişaf etmiş, səhiyyə şəbəkələri genişlənmiş, tibbi kadrların hazırlanması sahəsində ciddi nailiyyətlər qazanılmışdı. Həmin dövrdə Azərbaycan səhiyyəsi canlanmış, sahənin maddi-texniki bazası güclənmiş, təkcə Bakıda yox, rayonlarda, ən ucqar kəndlərdə belə xəstəxanalar, dispanserlər və tibb məntəqələri yaradılmışdı.

Möhtərəm Heydər Əliyev səhiyyənin inkişafına daim xüsusi diqqət, qayğı göstərərək deyirdi: “Səhiyyə həddindən artıq geniş, həyatın bütün sahələrini əhatə edən, cəmiyyət üçün, dövlət üçün, hər bir insan üçün çox lazımlı sahədir. Ona görə bu sahənin inkişafı üçün bu gün lazımi tədbirlər görülür, gələcəkdə də görüləcəkdir”.

Ümummilli liderimizin çox böyük uzaqgörənliklə müəyyənləşdirdiyi inkişaf xətti əsas götürülərək, doğma Azərbaycanımız yenidən qurulur, inkişaf etdirilir. Sosial problemlərin həlli, o cümlədən səhiyyənin inkişafı bir nömrəli vəzifələr sırasına çıxarılmış, büdcənin böyük bir hissəsi sosial məsələlərin həllinə yönəldilmişdir. Bu siyasətin davam etdirilməsinin vacibliyindən danışan hörmətli Prezidentimiz İlham Əliyev demişdir: “Azərbaycanın iqtisadi potensialı çox sürətlə güclənəcəkdir. Bu da öz növbəsində imkan verəcəkdir ki, sosial məsələlərə daha böyük diqqət göstərilsin. Bizim məqsədimiz budur, Heydər Əliyev siyasəti budur, biz bu siyasətə sadiqik”.

Ulu öndərimizin quruculuq xəttinə sadiqliyin ən mühüm göstəricilərindən biri də ölkə Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıdır. Proqramda digər sahələrlə yanaşı, sosial problemlərin həlli də öz əksini tapmış, səhiyyə şəbəkələrinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində konkret vəzifələr müəyyənləşdirilmişdir. Ölkə rəhbərinin qayğısı sayəsində təkcə son iki ildə Naxçıvan Muxtar Respublikasında 43 yeni səhiyyə obyekti tikilmiş və ya əsaslı təmir olunmuşdur. 2006-cı ildə 18, cari ildə isə 20 səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilmişdir. Hazırda 5 səhiyyə obyektində tikinti işləri davam etdirilir. Bir qayda olaraq, yeni tikilən kənd mərkəzlərində, məktəblərdə tibb məntəqələri də istifadəyə verilir.

Muxtar respublikada tikilən səhiyyə obyeklərinin fəaliyyətindən danışarkən, hörmətli Prezidentimizin himayəsi ilə ucaldılan Müalicə-Diaqnostika Mərkəzini xüsusi qeyd etmək istəyirəm. Mərkəz öz fəaliyyətini genişləndirir, muxtar respublikanın tarixində ilk dəfə olaraq, burada açıq ürək üzərində əməliyyatlar aparılmışdır. Bu səhiyyə ocağı blokada vəziyyəti ilə bağlı ölkəmizin digər ərazilərinə gediş-gəlişin çətin olduğu bir dövrdə muxtar respublikanın özündə pulsuz və ixtisaslı müalicə almağa imkan verir.

Səhiyyənin təkcə bu gününü yox, həm də gələcəyini düşünən ölkə rəhbəri demişdir: “İnsanlar yüksək səviyyəli tibbi xidmət almalıdırlar, xəstəxanalar gözəl olmalıdır, hər yerdə avadanlıq müasir olmalıdır. Çox gözəl şərait yaradılmalıdır, peşəkar kadrlar olmalıdır”. Muxtar respublikada görülən işlərdə, həyata keçirilən bütün tədbirlərdə hörmətli Prezidentimizin bu tələbləri fəaliyyətimizin mühüm meyarı kimi götürülür, işlər buna uyğunlaşdırılır.

Zirzəmi qatı ilə birlikdə 4 mərtəbədən ibarət olan xəstəxana 65 çarpayılıq əsas korpusdan və ayrılıqda yerləşən 16 çarpayılıq yoluxucu xəstəliklər şöbəsindən ibarətdir. Xəstəxanada 10 şöbə, 7 kabinə və 1 bölmə fəaliyyət göstərəcəkdir. Ümumi cərrahiyyə, göz, lor və ginekoloji əməliyyatların aparılması üçün otaqlar, reanimasiya otaqları vardır. Buradakı 431 min manat dəyərində avadanlıq müalicə və profilaktika işini müasir tələblər səviyyəsində qurmağa imkan yaradır. Bu avadanlığın alınması üçün vəsaitin 206 min manatını Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmişdir.

Möhtərəm Prezident, Sizi əmin edirik ki, muxtar respublikanın tibb işçiləri əhalinin sağlamlığının qorunması naminə bundan sonra da fədakarlıqla çalışacaqlar.

Diqqətinizə görə sağ olun.

                                                                                     X X X

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq