Naxçıvanda hotel işçiləri üçün yanğın-taktiki təlim keçirilib VİDEO










Naxçıvan, 11 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan şəhərində yerləşən “Duzdağ Estate" Məhdud Məsuliyyətli Cəmiyyətində “Kütləvi insan cəmləşən mehmanxana və hotellərdə ehtimal olunan fövqəladə hallar, fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda yanğın-taktiki təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlimin keçirilməsində məqsəd hoteldə baş verə biləcək yanğınlarla mübarizə üzrə şəxsi heyətin praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi, habelə hotel personalının yanğınlar zamanı ilkin davranış qaydaları barədə bilik və bacarıqlarının artırılması olub.
Təlimdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hotelin işçi heyətinə baş verə biləcək fövqəladə hal zamanı davranış qaydaları və atılacaq ilkin zəruri addımlar barədə maarifləndirici məlumatlar verilib, yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları ətraflı izah edilib. Sonra işçi heyət yanğınsöndürən və xilasedicilərlə birgə hoteldə şərti olaraq baş verən “yanğını” qısa müddətdə “söndürüb”, “zərərçəkmişlərinin” təxliyəsini həyata keçiriblər.
Sonda təlimin nəticələri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.