Naxçıvanda IX siniflər üzrə buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlərin sayı artıb
Naxçıvan, 10 iyun, AZƏRTAC
Naxçıvanda IX siniflər üzrə keçirilən buraxılış imtahanında 250-300 bal aralığında nəticə göstərən şagirdlərin sayı ötən illə müqayisədə 29 faiz artıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
İmtahanda muxtar respublikanın ümumtəhsil müəssisələrindən 188 şagird 250-300 intervalında bal toplayıb.
Qeyd edək ki, 2023-2024-cü tədris ilində isə 146 şagird 250-300 intervalında bal toplamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
- 29.09.2026 [10:22]
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb
- 29.09.2026 [09:44]
Cəlilabadda yaşayış evində yanğın olub
- 28.09.2026 [23:56]