Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir

Kəngərli və Şahbuz rayonlarında yeni qapalı suvarma şəbəkələri və nasos stansiyaları qurulur

Naxçıvan, 27 mart, AZƏRTAC

Ərzaq təhlükəsizliyinin təmin olunmasında su ehtiyatlarından səmərəli istifadə mühüm amildir. Ölkə Prezidenti cənab İlham Əliyev bu məsələnin vacibliyini vurğulayaraq deyib: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, muxtar respublikada aqrar sahənin inkişafında meliorasiya və su təsərrüfatı sisteminin müasirləşdirilməsi əsas istiqamət kimi götürülür, elmi əsaslara söykənən təhlillər aparılır, mütərəqqi suvarma şəbəkələri və nasos stansiyaları qurularaq istifadəyə verilir. Yaradılan şərait torpaq və su ehtiyatlarından səmərəli istifadə ilə yanaşı, əkinçiliyin inkişafına və bol məhsul istehsalına səbəb olub. Bu da əhalinin məşğulluğunun və rifahının yaxşılaşmasına xidmət edir. Son illər bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublikanın Babək, Culfa, Kəngərli və Şahbuz rayonlarında 5 min hektara yaxın torpaq sahəsində qapalı suvarma şəbəkələri qurulub, su təminatı olmayan və uzun müddət əkilməyən torpaqlar yenidən əkin dövriyyəsinə qatılıb. Bu il də Kəngərli və Şahbuz rayonlarında yeni qapalı suvarma şəbəkələri tikilir.

Martın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsinin tikintisinə baxıb.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev məlumat verib ki, qapalı suvarma şəbəkəsi Böyükdüz kəndində “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin, eləcə də dövlət və bələdiyyə mülkiyyətində olan 800 hektar ərazini əhatə edəcəkdir. Tikinti zamanı 5197 metr ana xətt və 73 min 217 metr paylayıcı boru xətti çəkiləcəkdir. Ümumilikdə qapalı suvarma şəbəkəsi qurularkən 80 kilometrdən artıq boru xətləri çəkiləcək, torpaq sahələrinin dayanıqlı su təminatı yaradılacaqdır. Xətlərin üzərində 145 sutənzimləyici siyirtmə, 780 hidrant və 138 suboşaldıcı quraşdırılacaqdır.

Bildirilib ki, yeni suvarma şəbəkəsinin qurulması da torpaqlardan daha səmərəli istifadə olunmasına imkan verəcəkdir. “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 1300 hektar sahədə taxıl əkilib. Yaradılan şəraitin nəticəsidir ki, hazırda muxtar respublikada taxıl əkini zamanı toxuma olan tələbat yerli istehsal hesabına ödənilir.

Böyükdüz kəndində qurulacaq qapalı suvarma şəbəkəsinin su təminatı Araz su anbarında tikiləcək pilləli nasos stansiyası vasitəsilə həyata keçiriləcəkdir. Su anbarında hər birinin gücü saniyədə 1500 litr olan 2 nasos quraşdırılacaq və ikinci nasos stansiyasına qədər 2 kilometrlik boru xətti çəkiləcəkdir. İkinci nasos stansiyası üçün ərazidə yeni bina və hovuz inşa olunacaq, hər birinin gücü saniyədə 840 litr olan 3 nasos quraşdırılacaqdır. Nasos stansiyasından su 3,8 kilometrlik boru xətti ilə Böyükdüz kəndi ərazisindəki 4 min kubmetr həcmi olan paylayıcı hovuza vurulacaq və öz axını ilə qapalı suvarma şəbəkəsinə ötürüləcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Muxtar respublika kənd təsərrüfatı rayonudur. Ona görə də aqrar sahənin inkişafına hərtərəfli diqqət göstərilir, yeni suvarma şəbəkələri tikilir. Bu il də muxtar respublikada əsas investisiya qapalı suvarma şəbəkələrinin qurulmasına və nasos stansiyalarının tikintisinə ayrılmışdır. Böyükdüz kəndi ərazisində yeni qapalı suvarma şəbəkəsi qurulduqdan sonra "Bərəkət Toxumçuluq" Məhdud Məsuliyyətli Cəmiyyəti üçün ayrılmış 1500 hektardan artıq torpaq sahəsi əkin üçün tam yararlı vəziyyətə gətiriləcək, eyni zamanda dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların su təminatı yaxşılaşdırılacaqdır. Şahbuz rayonunun Sələsüz, Türkeş və Mərəlik kəndlərinin ərazilərində qapalı suvarma şəbəkəsinin, eyni zamanda rayonun Külüs kəndində nasos stansiyasının qurulması isə 1600 hektara yaxın torpaq sahəsini əkin dövriyyəsinə qatacaqdır. Həyata keçirilən bu layihələr muxtar respublikada ərzaq təhlükəsizliyinin və əhalinin məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə edilməli, torpaqlar əkilməli, bol məhsul istehsal olunmalı, qapalı suvarma şəbəkəsinin tikilməsinə sərf olunan vəsait geri qayıtmalıdır.

Ali Məclisin Sədri torpaqların düzgün qeydiyyata alınması və kateqoriyaların uyğun icarəyə verilməsi, tikinti işlərinin mühəndis texniki tələblərə uyğun aparılması və payız əkin mövsümünə qədər başa çatdırılması, yeni qapalı suvarma şəbəkələrinin qurulması ilə bağlı layihələrin hazırlanması barədə tapşırıqlar verib.

Böyükdüz kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Saleh Quliyev yaradılan şəraitə görə sakinlər adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, torpaqlardan səmərəli istifadə edəcəklərinə, əkin sahələrini genişləndirəcəklərinə söz verib.

Şahbuzda yeni torpaqlar əkin dövriyyəsinə qatılır

2019-cu ildə Şahbuz rayonunun Türkeş kəndində yeni qapalı suvarma şəbəkəsi də qurulub, uzun müddət suvarılmayan torpaq sahələri əkin dövriyyəsinə qatılıb. Görülən işlərin davamı olaraq bu il rayonun Sələsüz, Türkeş və Mərəlik kəndlərində yeni qapalı suvarma şəbəkəsi qurulur.

Martın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aparılan tikinti işləri ilə maraqlanıb.

Məlumat verilib ki, qapalı suvarma şəbəkəsi 270 hektar torpaq sahəsini əhatə edir. Layihə xəttinin ümumi uzunluğu 34 min 808 metrdir. Ərazidə müxtəlif diametrli borularla 7534 metr ana xətt və 27 min 274 metr paylayıcı suvarma şəbəkəsi çəkiləcəkdir. Xətlərin üzərində 51 sutənzimləyici siyirtmə, 286 hidrant və 81 suboşaldıcı quraşdırılacaqdır.

Sələsüz, Türkeş və Mərəlik kənd sakinlərinin əsas məşğuliyyət sahəsi əkinçilik və heyvandarlıqdır. Kəndlərdə yeni qapalı suvarma şəbəkələrinin qurulması əkinçiliyin inkişafına səbəb olub. Bu da sakinlər tərəfindən razılıqla qarşılanır. 2019-cu ildə Türkeş kəndində istifadəyə verilmiş 343 hektar qapalı suvarma şəbəkəsinin 258 hektarında payızlıq taxıl, 10 hektarında yazlıq bitkilər əkilib. Ərazinin qalan 75 hektarında isə mərhələli şəkildə yazlıq əkinlər aparılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib ki, aparılan abadlıq quruculuq işləri, yeni suvarma şəbəkələrinin qurulması, torpaqların əkin dövriyyəsinə qatılması kəndlərin gələcək inkişafına xidmət edir. Sələsüz, Türkeş və Mərəlik inkişaf etmiş müasir kəndlərin sırasına qoşulacaqdır. İki il ərzində bu kəndlərin 600 hektardan artıq torpaq sahəsində suvarma şəbəkəsinin qurulması imkan verəcəkdir ki, sakinlər bol məhsul istehsal edərək ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasında iştirak etsinlər. Bu tədbirlər dövlət vəsaiti hesabına həyata keçirilir, tikinti işləri müvafiq dövlət qurumları tərəfindən aparılır. Məqsəd ondan ibarətdir ki, torpaqlar əkilsin, bol məhsul istehsal edilsin.

Sakinlər adından minnətdarlıq edən Sələsüz kənd bələdiyyəsinin sədri Bəxtiyar Tarverdiyev yaradılan şəraitdən səmərəli istifadə edəcəklərini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmişlidə bir neçə obyekt yanıb

Şərəfli ömrün dastanı: professor Mədəd Çobanovun xatirəsi anılıb

Yunanıstan, Bolqarıstan və Rumıniyanı birləşdirəcək nəqliyyat dəhlizi Balkanların iqtisadi xəritəsini dəyişə bilər

Lavrov: Rusiya Ukrayna nizamlanmasına dair danışıqları bərpa etməyə hazırdır

İordaniyada futbol matçını izləyən azarkeşlər arasında yaşanan izdiham zamanı bir nəfər ölüb

İran Prezidenti Pakistanda danışıqlar aparacaq

Yəmən parlamentinin sədri Azərbaycandakı inkişafı yüksək qiymətləndirib

Qaxda Şəki-Zaqatala iqtisadi rayonu üzrə regional müşavirə baş tutub – YENİLƏNİB VİDEO

Qaxda Şəki-Zaqatala iqtisadi rayonu üzrə regional müşavirə baş tutub – YENİLƏNİB VİDEO

AQTA-nın sədri sahibkarların müraciətlərini dinləyəcək

Oman Sultanı Tehranın baş müzakirəçisi ilə ABŞ-İran danışıqlarını müzakirə edib

Prokurorluq orqanlarında 624 dövlət qulluqçusu fəaliyyət göstərir

Laçında keçirilən növbəti tibbi aksiya çərçivəsində 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib

Bəstəkar İlyas Mirzəyev Türkiyənin Ulusal TV kanalında qonaq olub

Azər Məmmədov yenidən “Kəpəz”in baş məşqçisi olub

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər

Qəbələdə 5 tona yaxın çətənə kolu məhv edilib

Şotlandiya Milli Partiyasının sabiq icraçı direktoru mənimsəmə faktına görə həbs edilib

Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib

Ekspert: QHT-lərin maliyyələşdirilməsindəki pərakəndəlik və sistemsizlik aradan qaldırılır - AÇIQLAMA

Kimlərə əmək müqaviləsi bağladıqdan sonra altı ay keçmədən də məzuniyyət verilir?

İnvestisiya Portalı: sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti

Bülbülün ev-muzeyi ilə tanışlıq

Nazir müavini: Vaxtında səpin, becərmə və yığım texnikanın mövcudluğundan asılıdır

Paytaxtda bu ilin 5 ayında motosiklet və mopedlərin iştirakı ilə baş verən qəzalar zamanı 5 nəfər ölüb, 1-i yaralanıb

Avropada isti hava dalğası: İspaniyada rekord temperaturlar qeydə alınır

Saatlı rayonunda Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirə baş tutub - YENİLƏNİB VİDEO

Saatlı rayonunda Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirə baş tutub - YENİLƏNİB VİDEO

Moldovada mer olan soydaşımız: Məqsədim Orxeyi ölkənin ən yaxşı şəhərinə çevirməkdir MÜSAHİBƏ

İtaliya anomal istilər səbəbindən iş rejimi və əməkhaqqı dəstəyi tədbirlərini bərpa edib

Qəbələdə sahibkarlar vergi və sığorta qanunvericiliyi barədə məlumatlandırılıb

Ekspert: Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı regional tranzit və enerji layihələrinə yeni təkan verir

“Turan Tovuz” Azərbaycan millisinin futbolçusu ilə yollarını ayırıb

Şahbaz Şərif: ABŞ ilə İran raket və nüvə proqramı məsələlərini növbəti 60 gün ərzində müzakirə edəcək

Mbappe yağış səbəbindən dayandırılan oyundan sonra meydançanın vəziyyətindən narazı qalıb

Eltun Yaqublu yenidən “Zirə”də

“Araz-Naxçıvan” “Real Madrid”in yetirməsini transfer edib

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Liviyada danışıqlar aparıb

COP29-Millətlər Birliyinin kiçik ada dövlətləri üçün qrant proqramı təqdim olunub

Ukraynanın Krivoy Roq şəhərinə raket zərbəsi nəticəsində 3 nəfər həlak olub

Qətər Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

Devlet Bahçeli Avropa Parlamentini tənqid edib: Türkiyə xarici aktorların istəyi ilə hərəkət etmir

“Uşaqlar və hüquq” kitabının təqdimatı olub

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

İlhamə Qədimova: Qoyun əti üzrə ixracın 2,9 min tona çatdırılması nəzərdə tutulur VİDEO

İlhamə Qədimova: Qoyun əti üzrə ixracın 2,9 min tona çatdırılması nəzərdə tutulur VİDEO

Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq

Azərbaycanda 22 rayon üzrə mövcud kombaynların 571 ədədi yenilənəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içiblər

Almaniyanın Yaşıllar Partiyası Taliban nümayəndələrinin Brüsselə dəvət olunmasını tənqid edib

Ötən il Şəkiyə 3,5 milyon manatdan çox investisiya qoyulub

Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar

Böyük Britaniyada rekord istilər gözlənilir

İcra başçısı: Əlicançay və Əyriçay su anbarlarının istifadəyə verilməsi nəticəsində suvarılan torpaqların sahəsi əhəmiyyətli dərəcədə artacaq

ABŞ-də azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçiriləcək

Cəzaçəkmə yerlərindən azad edilmiş daha 444 şəxs işlə təmin olunub

Prezidentin köməkçisi: Kənd təsərrüfatında dayanıqlı inkişafın təmini dövlət və özəl sektorun birgə fəaliyyəti olmadan mümkün deyil

Nyu-York 2042-ci il Qış Olimpiya Oyunlarına namizəd ola bilər

İrakli Kobaxidze: AŞPA tamamilə maraqsız qurumdur

Xəyyam Məmmədov: Rəqəmsal monitorinq və dəqiq su uçotunun qurulması əsas prioritetlərdən biridir

İran XİN: Tehranın raket proqramı və AEBA-nın nüvə obyektlərini yoxlaması İsveçrədəki danışıqlarda müzakirə edilməyib

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar

“Arsenal” “Aston Villa”nın futbolçusu ilə şəxsi razılıq əldə edib

Şeyxülislam Allahşükür Paşazadə “Dinlər Sülh uğrunda” təşkilatının Ümumdünya Şurasının illik toplantısında iştirak edir

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

ADSEA: Kənd təsərrüfatının dayanıqlı inkişafı üçün yeni su mənbələrinin yaradılması həyati əhəmiyyət kəsb edir

ABŞ hərbi bazası Polşaya 3,2 milyard dollara başa gələcək

Zakir Quliyev: Mil-Muğan iqtisadi rayonunda 77,5 min kənd təsərrüfatı istehsalçısı su ilə təmin olunur

Paytaxt məktəblisi öz mobil tətbiqini yaradıb

Regional Su Meliorasiya Xidmətinin sədri: Müasir suvarma texnologiyalarına keçid zəruridir

Moskva vilayətində raket təhlükəsi elan edilib

Zakir Quliyev: Aşağı Muğan kanalının yenidən qurulması 28 min hektardan çox sahənin su təminatını yaxşılaşdıracaq

Xidmət rəhbəri: Qızılarx və Boztəpə kanallarının yenidən qurulması başa çatdırılıb

Regional Su Meliorasiya Xidmətinin sədri: Müasir suvarma sistemləri məhsuldarlığın artmasına imkan yaradacaq

Nazir müavini: Əgər otlaq sahələri deqradasiyaya uğrayırsa, heyvanların məhsuldarlığı azalır, yem xərcləri artır və təsərrüfatların gəlirliliyi aşağı düşür

Yaponiyada ikinci paytaxt şəhəri olacaq

Zakir Quliyev: Mil-Muğanda 240 min hektardan çox suvarılan sahə var

Nazir müavini: İntensiv bağların genişləndirilməsinə görə fermerlərə ilkin investisiya dəstəyinin göstərilməsi nəzərdə tutulur

Uralda qasırğa: 16 nəfər xəsarət alıb

Azərbaycanda damazlıq heyvan subsidiyasının və heyvandarlıqda məhsul subsidiyasının tətbiqi nəzərdə tutulur

Xidmət sədri: Mil-Muğan ölkənin əsas pambıqçılıq regionlarından biridir

“SpaceX” şirkətinin səhmləri kəskin şəkildə ucuzlaşıb

Litva hökuməti istefa verib

AHİK: Güzəştli yollayışdan il ərzində yalnız bir dəfə istifadə etmək mümkündür

Zakir Quliyev: Dövlət Proqramının ana xəttini intensiv təsərrüfatçılığa keçid təşkil edir

Bakıda İslam mədəni irsinin və dini təsisatların mühafizəsi, islamofobiya ilə mübarizə məsələləri müzakirə olunub

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Mariela Modeva: Bolqarıstan ilə dost Azərbaycan arasında turist axınının artacağına ümid edirik

Fransada azyaşlılara qarşı cinsi zorakılıq hallarının araşdırılmasında ciddi nöqsanların olduğu üzə çıxıb

Nazir müavini: Pivot, damlama və sprinkler suvarma sistemlərinin tətbiqi genişləndiriləcək VİDEO

Nazir müavini: Pivot, damlama və sprinkler suvarma sistemlərinin tətbiqi genişləndiriləcək VİDEO

Aqrar Sığorta Fondu ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Türkmənistanla əlaqələr məzmun və keyfiyyət baxımından yeni mərhələyə yüksəlib ŞƏRH

Bakıda AQEM ölkələrinin dairəvi yaşıl turizm imkanları müzakirə edilir-YENİLƏNİB

ADPU Türkiyə universitetləri ilə əməkdaşlığı genişləndirir

Qarabağın zəngin aqrar potensialı uzunmüddətli perspektivdə iqtisadi fəallığa mühüm töhfə verəcək ŞƏRH

Azərbaycanda pambıq istehsalı üzrə orta məhsuldarlığın 50 sentnerə çatdırılması əsas hədəflərdəndir

Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığında yeni mərhələ başlayır ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında ticarət və ətraf mühit əməkdaşlığı diqqət mərkəzində olub

Bu saata olan əsas xəbərlər

ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında yeni danışıqlar başlayır

ADPU-da fakültələr üzrə məzun görüşləri təşkil olunub

® “Bir” və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir