Naxçıvanlı məzunlar buraxılış imtahanlarında uğurlu nəticələr əldə ediblər
Naxçıvan, 28 iyul, AZƏRTAC
Ötən günlərdə keçirilən buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin şagirdi İlham Hüseynquliyev 291,8 balla ölkə üzrə birinci, Babək rayon Güznüt kənd tam orta məktəbin şagirdi Fatimə Quliyeva isə 285,3 balla ölkə üçüncüsü olub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, İlham Hüseynquliyev muxtar respublika fənn olimpiadasında fizika fənni üzrə 2018-2019-cu tədris ilində I yerə, 2019-2020-ci tədris ilində isə II yerə layiq görülüb.
Fatimə Quliyeva isə 2017-2018-ci tədris ilində muxtar respublika fənn olimpiadasında, 2019-2020-ci tədris ilində isə respublika fənn olimpiadasında kimya fənni üzrə III yerə layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:03]
Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb
- 05.10.2026 [15:57]
Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov
- 05.10.2026 [15:55]
Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub
- 05.10.2026 [15:40]
Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir
- 05.10.2026 [15:31]
Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib
- 05.10.2026 [15:21]
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
- 05.10.2026 [15:18]
Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO
- 05.10.2026 [14:27]