İDMAN
Nazim Umbayev beynəlxalq dərəcəli hakim adını qazanıb


Bakı, 10 iyul, AZƏRTAC
Polşanın Qdansk şəhərində gənclərin Avropa Kuboku yarışı zamanı Beynəlxalq Cüdo Federasiyasının beynəlxalq dərəcəli hakimlik üçün imtahanı keçirilib.
AZƏRTAC xəbər verir ki, imtahanda Azərbaycan Cüdo Federasiyasının respublika dərəcəli hakimi Nazim Umbayev də iştirak edib. Sınaqdan uğurla keçən N.Umbayev beynəlxalq dərəcəli hakim adını qazanıb.
Bununla da, hazırda fəaliyyət göstərən beynəlxalq dərəcəli hakimlərimizin sayı 6-ya çatıb.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlərdən üçü – Mətin Rəhimli, Arzu Acalova və Nazim Umbayev federasiyamızın son 2 ildəki səmərəli fəaliyyəti nəticəsində bu dərəcəyə sahib olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.12.2023 [13:15]
Azərbaycan vəkilləri beynəlxalq futbol turnirinin qalibi olublar
- 11.12.2023 [12:23]
Azərbaycan taekvondoçuları Avropa çempionatını bir medalla başa vurublar
- 11.12.2023 [11:27]