Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Nazir: Beynəlxalq enerji şirkətləri ilə 19 QVt həcmində güclərin yaradılmasını planlaşdırırıq

Nazir: Beynəlxalq enerji şirkətləri ilə 19 QVt həcmində güclərin yaradılmasını planlaşdırırıq

Bakı, 5 dekabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP 28 çərçivəsində Dubay şəhərində Energetika Nazirliyinin təşkilatçılığı və enerji şirkətlərinin iştirakı ilə “Azərbaycanda bərpa olunan enerji investisiyaları üçün imkanlar” mövzusunda tədbir keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov dayanıqlı, təhlükəsiz enerji güclərinin yaradılmasında, “yaşıl gələcəy”in qurulmasına milli səviyyələrdə mühüm töhfələrin verilməsində beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığın müstəsna rol oynadığını və Azərbaycanın artıq 7 beynəlxalq şirkətlə “yaşıl enerji” tərəfdaşlığına başladığını qeyd edib. Bildirilib ki, 2030-cu ilədək dövrdə “yaşıl artım” ölkəsinə çevrilmək və təmiz ətraf mühitə nail olmaq sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilib. Belə bir siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edir. Azərbaycan Prezidenti İlham Əliyevin bərpa olunan enerjinin xarici investisiya hesabına inkişafını, azad edilmiş ərazilərin boz zonadan “yaşıl enerji” zonasına, Xəzərin “yaşıl enerji”nin istehsal və ixracının mərkəzinə çevrilməsini prioritetləşdirən dövlət siyasəti “yaşıl sərmayə” axınını da təşviq edir.

“Oktyabrda ilk xarici sərmayə əsaslı və MDB, Xəzər regionunun ən böyük günəş elektrik stansiyasını “Masdar” şirkəti ilə istifadəyə verdik. 2027-ci ilədək 230 MVt-lıq bu stansiyadan əlavə “Masdar”, “ACWA Power”, bp, “China Gezhouba”, “Nobel Energy” və “Baltech” tərəfindən 1,6 QVt-dan çox gücdə 8 günəş və külək elektrik stansiyası inşa olunacaq. 2030-cu ilədək daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə quruda və dənizdə 8 QVt-dan çox “yaşıl enerji” layihələri məhz xarici investisiya hesabına reallaşdırılacaq. Həmçinin 2031-2037-ci illərdə “yaşıl enerji”, hidrogen, “yaşıl ammonyak”ın istehsalı və ixracı məqsədilə təxminən 19 QVt həcmində güclərin də yaradılmasını beynəlxalq enerji şirkətləri ilə planlaşdırırıq”, - deyə nazir əlavə edib.

Nazir, həmçinin ilkin mərhələdə “yaşıl enerji”nin 4 QVt-nın “Xəzər-Qara dəniz-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” və 1 QVt-dan çoxunun isə Azərbaycan-Türkiyə-Avropa marşrutu ilə ixracı üzrə intensiv işlərin aparılmasından da bəhs edib. Şirkətlər üçün külək turbinləri, günəş panellərinin yerli istehsalının qurulması, enerji saxlama sistemlərinin yaradılması, həmçinin enerjinin səmərəli paylanması üçün qabaqcıl şəbəkə texnologiyalarından istifadə etməklə şəbəkənin gücləndirilməsi, “yaşıl hidrogen”in istehsalı, saxlanması və nəqli, eləcə də karbon emissiyalarının tutulması və saxlanması, elektrik doldurma infrastrukturu sahələrində əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

Tədbir “Enerji keçidi və xalis sıfır: Perspektivlər”, “Azərbaycanda bərpa olunan enerjinin inkişaf imkanları”, “Neft-qaz sənayesinin xalis sıfır gələcəyi üçün təmiz enerjiyə əsaslanan biznes modellər”, “Yaşıl enerji sahəsinə MASDAR-ın yanaşması”, “Davamlı şəbəkə üçün külək enerjisi və enerjini saxlama həlləri”, “Enerji keçidi və dekarbonizasiya” mövzularında IRENA, SOCAR, “WindEurope”, “Masdar”, bp, “ACWA Power”, “Nobel Energy” nümayəndələrinin çıxışları ilə davam edib.

Qeyd edək ki, Azərbaycan pavilyonunda baş tutan tədbirdə 17 enerji şirkəti və təşkilat təmsil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriya düşərgələrində saxlanılan 7 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib

Qubada əməliyyat: 2 nəfər saxlanıldı

Azərbaycan nefti ucuzlaşıb

Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Bakıda məsciddə yanğın baş verib

21 Fevral - Beynəlxalq Ana Dili Günüdür

Naxçıvanda qızılca və məxmərəyə qarşı peyvəndləmə aparılır

Münxen görüşləri AŞPA-nın Azərbaycana qarşı qərəzli qərarına tutarlı cavab oldu - AÇIQLAMA

Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir

ABŞ Ukraynanın 12 pilotuna “F-16”ları idarə etmək üçün təlim keçəcək

Türkiyə-Azərbaycan qardaşlığı vahid güc mərkəzinə çevrilib – ŞƏRH

Rusiya cari ildə xaricə 70 milyon ton taxıl tədarük etməyi planlaşdırır

Qırtlaq xərçəngi səsin xırıltısı ilə özünü büruzə verə bilər

Avropa Komissiyası dronlara qarşı hava hücumundan müdafiə sistemini gücləndirir

Gürcüstanda ilanların qışlama yeri aşkarlanıb

Qəzəbin altında yatan gizli səbəblər - Araşdırma

Ağ Ev: G7 liderləri Ukrayna üzrə məsləhətləşmələr aparacaqlar

Süni intellekt döş qəfəsinin rentgenoqrafiyasından sağlam bir insanın yaşını təxmin edə bilər

Konqo Demokratik Respublikasının hökumət başçısı istefa verib

İngiltərə Premyer Liqası: “Mançester Siti” doğma meydanda “Brentford”u məğlub edib

BMT Qəzzanın şimalına ərzaq yardımının göndərilməsini dayandırıb

Çempionlar Liqası: “İnter” “Atletiko Madrid”ə minimal hesabla qalib gəlib

Gürcüstanın Baş naziri və Aİ Şurasının Prezidenti regiondakı vəziyyəti müzakirə ediblər

Ukrayna PUA istehsalı üçün müttəfiqlərindən 1,5 milyard dollar istəyib

Pentaqon: Husilər Ədən körfəzində ABŞ-a məxsus taxıl tankerini vurub

Azərbaycanın Ermənistandakı mədəni-irs nümunələri: Aşağı Talin qalası

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Firdovsi Umudov: Dövlətimizin idmana göstərdiyi qayğı nəticəsində nailiyyətlərimiz daha da artır

Üç qızıl medal qazanan ağırlıqqaldıran: Azərbaycan himnini səsləndirdiyimə görə çox xoşbəxtəm

Moskvada “Bakı Neft Cəmiyyəti”nin 150 illiyi münasibətilə konfrans keçirilib

Avropa çempionatında üç qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı Vətənə dönüb

AMADA ilə Avstriya və Yunanıstan milli antidopinq agentlikləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Bosniya və herseqovinalı jurnalist: İlk dəfə bayram əhvali-ruhiyyəsində seçkiləri Azərbaycanda müşahidə etdim

Husilər Ədən körfəzində İsrail gəmisinə raket zərbələri endirib

Mərakeşdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sosial Xidmətlər Agentliyində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş olub

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Çağrı mərkəzi istifadəyə verilir

Türkiyə-Azərbaycan birliyi bölgədə sülhün və işbirliyinin qarantıdır - ŞƏRH

Dərbənd azərbaycanlıları Beynəlxalq Ana Dili Gününü qeyd ediblər

Çinin şimal hissəsində şaxtalı və qarlı hava səbəbindən avtomagistrallar bağlanıb

Vüqar Rəhimzadə: Azərbaycan-Türkiyə birliyi bütün istiqamətlərdə dünyaya nümunədir

Cavanşir Quliyev: Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi olmasaydı, ən yaxşı halda bu gün əlil ola bilərdim

Türkiyə və Azərbaycanın Qars-Naxçıvan dəmir yolunun tikintisi üçün böyük potensialı var

Türkiyə və Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması investisiyalarının cəlb edilməsi baxımından əhəmiyyətlidir - AÇIQLAMA

Gürcüstan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Azərbaycanla əlaqədar Assambleyanın sədrinə məktub ünvanlayıb

Azərbaycan Münxendə siyasi cəhətdən şəffaf, məntiqi baxımdan ardıcıl mövqe sərgilədi ŞƏRH

“Yeni dövrə böyük ümidlərlə!” devizi altında silsilə tədbirlər keçirilib

Dahi şəxsiyyət Heydər Əliyev irsinin öyrənilməsinə dair layihə davam edir

Nazim Mustafa: Qafqaz diyarının xəritəsində indiki Ermənistan ərazisi əhatə olunub

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassanidən

Naxçıvanda Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş sərgi açılıb

AMEA-da seysmologiya sahəsində qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

İqtisadiyyat naziri BYD şirkətinin Mərkəzi Asiya ölkələri üzrə icraçı direktorunun müavini ilə görüşüb

Rusiya Federasiyası Dağıstan Respublikasının Dövlət katibi Maqomed-Sultan Maqomedovdan

Azərbaycan gimnastı: Ümid edirəm ki, Dünya Kubokunda çıxışım uğurlu alınacaq

Akademik: Seysmologiya ixtisası üzrə doktorantura təhsilinin olmaması kadr hazırlığına əngəl törədir

QHT sədri: Qərbin Azərbaycanla bağlı əsassız fikirləri Münxendə bir daha alt-üst edildi

Rusiyalı politoloq: Qərb Bakı ilə yaxşı münasibətlər qurmaq istəyir VİDEO

® Qırğızıstanlı meditasiya mütəxəssisi Laura Omuraliyeva Bakıda Millionaire Concept tərəfindən təltif olundu

Fevral ayının birinci yarısında Elm və Təhsil Nazirliyi və qurumlarına 20 797 vətəndaş müraciəti daxil olub

Ötən ay Bakı, Səmərqənd və Daşkənd ən çox ziyarət edilən şəhərlər olub

Ədəbiyyat Muzeyində tədbir: Mənim ana dilim - mənim kimliyim

Beynəlxalq konfransda Azərbaycanın miqrasiya siyasətindən bəhs edilib

Akademik: Qafqaz diyarının xəritəsinin nəşri Azərbaycan həqiqətlərinin üzə çıxarılmasında ciddi bir addımdır

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Madurodan

Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Naxçıvanda Cəlil Məmmədquluzadənin 155 illiyi ilə bağlı tədbir keçirilib

Prorektor: Türkiyə-Azərbaycan Universitetinin yaradılması dövrün tələbidir

Milli Məclisin komitə iclasında beş məsələ plenar iclasa tövsiyə olunub

“Astara” gömrük postunda gözləyən yük maşınlarının sayı artıb

“Braqa”nın “Qarabağ”la cavab oyunu üçün Bakıya gətirəcəyi heyət bəlli olub

Milli Olimpiya Komitəsində Paris Olimpiadasına hazırlıq müzakirə olunub

İsveçdə inflyasiya artmaqda davam edir

Azərbaycanın turizm imkanları tanıdılır

Fateh Birol: Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminik VİDEO

Əqli Mülkiyyət Agentliyində yeni xidmət yaradılacaq

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir

Messi “Qızıl top” mükafatını “Barselona”nın muzeyinə bağışlayıb

Azərbaycan və Latviya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Energetika naziri Vaşinqtonda “Atlantik Şura”nın təşkil etdiyi müzakirələrdə iştirak edib

Kəmaləddin Heydərov Masallıda vətəndaşları qəbul edəcək

Xidməti vəzifələrini yerinə yetirən şəxslərə qarşı zor tətbiq olunması faktı ilə bağlı cinayət işi başlanıb

Çin Ukrayna böhranına görə birtərəfli sanksiyaların tətbiqinə qarşıdır

Ötən il genişzolaqlı internet abunəçilərinin sayı 28 faiz artıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 oktyabr tarixli 422 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə qiymətli kağızlarının emissiyası və tədavülü Qaydaları”nda və 2019-cu il 11 dekabr tarixli 472 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

AzMİU-da 2024-cü il üzrə diferensial əməkhaqqı sisteminin nəticələri açıqlanıb

Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlhartidən

“Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

İlqar Orucov: Türkiyə-Azərbaycan Universitetində texniki və tibb ixtisasları üzrə kadr hazırlığının həyata keçirilməsi nəzərdə tutulur

Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 5 dəfə artıb

Ramil Şeydayevin yeni baş məşqçisi məlum olub

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimdən

“M.Teatr”da “Vəzir” tamaşasının premyerası olub

Frano Matuşiç: Xorvatiya Azərbaycanla əlaqələrin dərinləşməsində maraqlıdır

Türkiyə mətbuatı Prezident İlham Əliyevin rəsmi səfərini diqqət mərkəzində saxlamaqda davam edir

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulub