Nazir Hulusi Akar və Türkiyənin hərbi komandan heyəti Elazığa gəlib
Ankara, 5 mart, AZƏRTAC
Türkiyə milli müdafiə naziri Hulusi Akar və Silahlı Qüvvələrin digər komandanları məlum helikopter qəzası ilə əlaqədar Elazığ şəhərinə gəliblər.
AZƏRTAC xəbər verir ki, martın 4-də günorta saatları qəzaya uğrayan “Cougar” helekopter Bingöl-Bitlis marşrutu ilə uçurmuş. Türkiyə vaxtı ilə 13:55 radələrində səmaya qalxan helikoperlə təxminən 30 dəqiqə sonra rabitə əlaqəsi kəsilib. Bundan dərhal sonra “CN-235” markalı hərbi təyyarə və pilotsuz aparatlar axtarış işlərinə başlayıblar. Qəza Tatvan rayonu ərazisində baş verib.
Ən son məlumata görə, şəhidlərin sayı 11-ə çatıb. Korpus komandiri, general-leytenant Osman Erbaş da həlak olanlar arasındadır. Hazırda iki yaralı hərbçi xəstəxanada müalicə olunur.
Yerli medianın məlumatına görə, Fransa-Almaniya istehsalı olan “AS532 Cougar” 1993-cü ildən Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olub. Türkiyədəki bu helikopterlərin 1997-ci, 2003-cü və 2017-ci illərdə uğradıqları üç qəzada 28 hərbçi şəhid olub. Bu gün baş verən acı hadisə həmin markalı helekopterlərin sayca dördüncü ağır qəzasıdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:33]
Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]