NAZİR ŞAHMATÇILARIMIZIN UĞUR QAZANACAQLARINA ƏMİNDİR
AZƏRTAC xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov qadınlar arasında II Beynəlxalq şahmat turnirinin açılışında demişdir ki, bu hadisə ilk növbədə onunla əlamətdardır ki, dünyada qadınlar arasında belə yüksək səviyyədə turnirlər artıq keçirilmir. Məmnunluqla bildirmək istəyirəm ki, nazirlik və Milli Olimpiya Komitəsi tərəfindən deyil, məhz biznes dairələri, şirkətlər və işgüzar adamlar tərəfindən irəli sürülən bu təşəbbüsü Prezident İlham Əliyev dəstəkləmişdir.
Nazir vurğulamışdır ki, Bakı idman tədbirlərinin mərkəzinə çevrilmişdir. Bu turnirin keçirilməsi ideyasını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “UNİBANK”-ın rəhbərliyi və başqaları irəli sürmüşlər.
Azərbaycan şahmatçılarının turnirdə qələbə imkanlarını qiymətləndirən A.Rəhimov onların uğur qazanacağına ümidvar olduğunu bildirmişdir. A.Rəhimov demişdir: “Bizim qızlar ciddi hazırlaşmışlar və düşünürəm ki, onların səviyyəsi yetərincə yüksəkdir. Lakin xaricdən gəlmiş qalan 7 iştirakçının ustalığını nəzərə almamaq olmaz. Onlar qələbə uğrunda mübarizə aparmağı bacaran güclü idmançılardır. Ancaq biz inanırıq ki, qızlarımız çətinliklərin öhdəsindən gələcək və turnirin liderləri olacaqlar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]