Nazir: Türkiyə–Azərbaycan Universiteti yeni tədris ilindən tələbələrini qarşılamağa tam hazırdır
Bakı, 14 avqust, AZƏRTAC
Qardaş Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığa yeni töhfə olan Türkiyə–Azərbaycan Universiteti (TAU) artıq yeni tədris ilindən tələbələrini qarşılamağa tam hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı ilə fəaliyyət göstərəcək TAU-da Orta Şərq Texniki Universiteti ilə birgə kompüter mühəndisliyi, İstanbul Texniki Universiteti ilə birgə sənaye mühəndisliyi və Hacettepe Universiteti ilə birgə qida mühəndisliyi ixtisasları üzrə tədris təşkil olunacaq: “Gənclərimizi ali təhsil sahəsində həyata keçirilən belə əhəmiyyətli layihələrdən fəal şəkildə yararlanmağa çağırıram. Ölkəmiz və təhsilimiz üçün uğurlu olsun!”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:50]
Kollec tələbələri Keşikçidağ Kurqanlar Vadisini ziyarət ediblər
- 15.10.2026 [14:42]
Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib
- 15.10.2026 [14:26]
BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat dinlənilib
- 15.10.2026 [13:21]